XalqXəbər.Az

Xalq artisti Əjdər Həmidov qəza törətdi

yüklənir...
Xalq artisti Əjdər Həmidov qəza törətdi
7-08-2019, 02:56
yüklənir...

Tovuzda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Avtoqəza Heydər Əliyev prospekti ilə Mərdan Musayev küçəsinin kəsişməsində qeydə alınıb.

Bildirilir ki, yol qəzası zamanı "Chery Tiggo", "Mercedes Vito" və "VAZ 2107" markalı avtomobillər toqquşub. Hadisə nəticəsində xəsarət alan olmasa da, nəqliyyat vasitələrinə ziyan dəyib.

Yol qəzasının səbəbləri hazırda polis tərəfindən araşdırılır.

Qeyd edək ki, "Chery" markalı avtomobili xalq artisti, aktyor Əjdər Həmidov idarə edirmiş.

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.