SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Yabanı halda bitmiş çətənə kolları məhv edilib

Yabanı halda bitmiş çətənə kolları məhv edilib

Tarix:

13-09-2018, 15:59

/ 1 230 dəfə oxundu.
Yabanı halda bitmiş çətənə kolları məhv edilib

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyəsi, kultivasiyası, eləcə də yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində uğurlu əməliyyat-axtarış tədbirləri davam etdirilir.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan xalqxeber.az-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonun Püstəqasım kənd ərazisində yerləşən meşəlik ərazidə yabanı halda bitmiş hündürlüyü 90-150 sm olan 22 ədəd çətənə kolu aşkar edilib.

Narkotik tərkibli çətənə bitkiləri yandırma yolu ilə məhv edilib.

Şərhlər

XƏBƏR LENTİ