SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Goranboy rayonunda yabanı halda bitən çətənə kolları yandırılıb

Goranboy rayonunda yabanı halda bitən çətənə kolları yandırılıb

Tarix:

22-05-2021, 09:50

/ 650 dəfə oxundu.
Goranboy rayonunda yabanı halda bitən çətənə kolları yandırılıb

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində uğurlu əməliyyat tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində rayonun Şəfəq kənd ərazisində yabanı halda bitmiş yaş çəkisi 1 ton 320 kq olan 2200 ədəd çətənə kolu aşkar olunub.

Həmin narkotik tərkibli bitkilər kökündən çıxarılıb, yandırılaraq məhv edilib. Faktla bağlı RPŞ-də araşdırma aparılır.


Şərhlər

XƏBƏR LENTİ