SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Göyçayda güclü yanğın başlayıb

Göyçayda güclü yanğın başlayıb

Tarix:

27-07-2018, 16:27

/ 2 224 dəfə oxundu.
Göyçayda güclü yanğın başlayıb

Göyçayda güclü yanğın baş verib.

Bu gün günorta saatlarında rayonun Bığır kəndi ərazisində başlayan yanğın qısa vaxtda geniş ərazini əhatə edib.

Hadisə zamanı 150 hektar sahədə quru ot, xırda ağaclar və kol-kos yanıb. Əraziyə FHN-in Göyçay, İsmayıllı, Ağsu, Ucar və Ağdaş rayonlarının Yanğından Mühafizə Hissələrinin 8 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Yanğınsöndürənlər "Gilan Holdinq"ə məxsus 110 hektar nar bağını və Bığır kənd sakinlərinə məxsus fərdi yaşayış evlərini alovdan mühafizə ediblər. Hazırda yanğın davam edir.

Alovun qarşısının alınması üçün tədbirlər görülür.

Faktla bağlı araşdırma aparılır.
Göyçayda güclü yanğın başlayıb
Göyçayda güclü yanğın başlayıb

Şərhlər

XƏBƏR LENTİ