yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Bakıda 2 sərnişin taksi sürücüsünü soyub

Bakıda 2 sərnişin taksi sürücüsünü soyub
23-05-2018, 10:57 277 dəfə baxılıb

Bakıda taksi sürücüsünə qarşı quldurluq edən şəxs saxlanılıb.

DİN-ə istinadən xəbər veririk ki, Bakı şəhər sakini Teymur Müseyiblinin mayın 14-də idarə etdiyi avtomobillə Hövsan qəsəbəsinə apardığı iki nəfər müştəri ona qarşı zor tətbiq edərək 150 manat pulunu və bir ədəd mobil telefonunu əlindən alıblar.

Cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakinləri, əvvəllər məhkum olunmuş Akif Cavadov və Vasib Rzayev saxlanılıblar. Onlar ifadələrində törətdikləri əməli etiraf ediblər.

Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxslər quldurluq yolu ilə əldə etdikləri mobil telefonu Hövsan qəsəbəsində Mirzə adlı şəxsə narkotik maddə olan heroin müqabilində satıblar. Polis əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat zamanı, Hövsan qəsəbə sakini Mirzə Mirzəyev də saxlanılıb.

Onun yaşadığı evə baxış zamanı əlavə olaraq satış üçün nəzərdə tutulan 171,388 qram heroin və 24,291 qram metamfetamin aşkar olunaraq götürülüb.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, hər 3 şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

22-06-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ