SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » FHN vətəndaşı intihar fikrindən daşındırdı

FHN vətəndaşı intihar fikrindən daşındırdı

Tarix:

27-03-2018, 08:42

/ 1 092 dəfə oxundu.
FHN vətəndaşı intihar fikrindən daşındırdı

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda baş vermiş intihara cəhdlə bağlı məlumat yayıb.

Bakı şəhərinin Xətai rayonunda 1 nəfər doqquzmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsinin eyvanına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Şərhlər

XƏBƏR LENTİ