yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Daxili orqanında heroin keçirmək istədi, ələ keçdi

Daxili orqanında heroin keçirmək istədi, ələ keçdi
5-09-2017, 09:58 56 924 dəfə baxılıb

Gömrükdə Azərbaycan vətəndaşının daxili orqanında heroin, dərman preparatı və metamfetamin aşkar edilib.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumata əsasən, piyada yolla İrandan ölkəmizə gələn Azərbaycan vətəndaşı saxlanılıb və onun üzərində şəxsi yoxlama aparılıb.

Yoxlama zamanı vətəndaşın daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yarandığından o, gömrük əməkdaşlarının müşayiəti altında Astara Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Tibbi müayinə nəticəsində, həmin şəxsin daxili orqanında (düz bağırsağında) cəmi 3 ədəd bağlamada olmaqla, xalis çəkisi 41,148 qram təşkil edən narkotik vasitə - heroin, 10 ədəd həb şəklində "Metadone" adlı dərman preparatı və xalis çəkisi 2,099 qram təşkil edən psixotrop maddə - metamfetamin aşkar olunub.

Xatırladaq ki, "Metadone" adlı dərman preparatı "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"in II Siyahısına daxildir və aşkar olunan 10 ədəd həbdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,4 qram təşkil edir.

Faktla bağlı araşdırma aparılır.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: orqaninda, ele, kechdi, kechirmek, istedi, Daxili, heroin
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

22-11-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ