yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

“Qarşıda duran vəzifələrdən biri də odur ki...” - İlham Əliyev

“Qarşıda duran vəzifələrdən biri də odur ki...” - İlham Əliyev
17-04-2017, 13:35 56 581 dəfə baxılıb

“Biz bu gün inamla deyə bilərik ki, Azərbaycan öz iqtisadi potensialını şaxələndirə bilib. Hazırda qeyri-neft sektorumuz iqtisadiyyatımızın təxminən 65 faizini təmin edir”.
Prezident İlham Əliyev bu fikirləri qeyri-neft ixracatçılarının Yevlaxda keçirilən respublika müşavirəsində bildirib.
“İxracatda isə biz bunu hələ ki, deyə bilmərik. İxracımızın böyük hissəsi hələ ki, neft və qazla bağlıdır. Bu da yəqin ki, indiki dövr üçün təbiidir. Çünki biz neft-qaz potensialımızı artırırıq. Ancaq qarşıda duran vəzifələrdən biri də odur ki, biz ixracda da şaxələndirməyə nail olaq. Necə ki, buna ümumi daxili məhsulda nail olmuşuq, ixracda da buna nail olmalıyıq”, - deyə dövlət başçısı qeyd edib.
İlham Əliyev regional inkişaf proqramlarının icrasının öz gözəl nəticələrini verdiyini, minlərlə yeni müəssisənin yaradıldığını vurğulayıb. Dövlət başçısı bir milyon 700 min yeni iş yerinin açıldığını, onların bir milyon 300 mininin daimi iş yeri olduğunu bildirib.
Bu il fermerlərə təxminən 150 min hektar yeni suvarılan torpağın təhvil veriləcəyini diqqətə çatdıran Prezident deyib: “Bir il ərzində bu qədər suvarılan torpağı əldə etməyimiz tarixi nailiyyətdir”.
İlham Əliyev cari ilin birinci rübündə ölkəmizdə əldə edilən uğurlara toxunaraq deyib: “Bu ilin göstəriciləri çox sevindiricidir. Mən bu barədə artıq demişəm, bir daha demək istəyirəm ki, bu ilin üç ayının göstəriciləri bizi çox ruhlandırır. Bu, bir daha göstərir ki, 2016-cı ildə qəbul etdiyimiz qərarlar və başladığımız islahatlar qısa müddət ərzində öz gözəl nəticələrini verib”.
Dövlət başçısı bildirib ki, bu ilin üç ayında iqtisadiyyatımızın qeyri-neft sektoru 2,4 faiz artıb. Bu, çox yaxşı göstəricidir. Qeyri-neft sənayemiz 2 faiz, kənd təsərrüfatı 3,5 faiz artıb. Üç ay ərzində 80 mindən çox yeni iş yeri yaradılıb. Ticarət dövriyyəmiz 15 faiz, ixrac 50 faizə yaxın artıb, idxal 17 faiz azalıb. Kənd təsərrüfatı məhsullarının ixracı isə 44 faiz artıb. Müsbət saldomuz 1 milyard dollardan artıqdır. Biz üç ayda 1 milyard dollar vəsait qazanmışıq. Bizim valyuta ehtiyatlarımız artır. Bu müsbət dinamika deməyə əsas verir ki, biz il ərzində daha da böyük nəticələrə gəlib çatacağıq. Çünki götürdüyümüz bu temp və geniş vüsət almış islahatlar, o cümlədən sahibkarlar tərəfindən bizim siyasətimizə göstərilən praktiki dəstək, - onlar öz işi ilə, öz investisiyaları ilə bunu göstərirlər, - deməyə əsas verir ki, 2017-ci il çox uğurlu il olacaq. Eyni zamanda, biz yeni iqtisadi modelə keçməklə bundan sonra iqtisadiyyatımızı ancaq islahatlar, innovasiyalar, texnologiyalar və qeyri-neft sektoru hesabına inkişaf etdirəcəyik.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: qeyri, ərzində, artıb, bildirib, İlham, başçısı, islahatlar, Əliyev, Çünki, deyib, suvarılan, təsərrüfatı, verir, inkişaf, gözəl, nəticələrini, milyard, Dövlət, deməyə, milyon
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

17-11-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ