SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Vüsal Novruzovun “brilyant əl” dosyesi: Eldar Mahmudov və FHN məmuru ilə qızıl biznesi generalı bitirir...

Vüsal Novruzovun “brilyant əl” dosyesi: Eldar Mahmudov və FHN məmuru ilə qızıl biznesi generalı bitirir...

Tarix:

7-11-2018, 09:37

/ 2 687 dəfə oxundu.
Vüsal Novruzovun “brilyant əl” dosyesi: Eldar Mahmudov və FHN məmuru ilə qızıl biznesi generalı bitirir...

...Nə sirri xudadırsa, ardıcıl olaraq brilyant alverçiləri bir-bir yaxalanırlar. Ötən gün Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşları külli miqdarda brilyant qaşların gömrük nəzarətindən gizli şəkildə ölkəyə gətirilməsinin qarşısı alıb.
Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı İsmayılov Aqil Əsfəndiyar oğluna məxsus əl yükü gömrükçülərin diqqətindən yayınmayıb.
Noyabrın 3-də isə İstanbul-Bakı aviareysinin sərnişini, Türkiyə Respublikası vətəndaşı Ecer Bilaldan gömrük nəzarətindən gizlədilmiş, qablaşdırma ilə birlikdə ümumi çəkisi 95 qram olan 2638 ədəd brilyant qaşlar aşkar olunub.

Aeroportda iki əməliyyatın sirri

Anaxeber.İnfo-nun Araşdırma Qrupu yazır ki, bütün bunlar Birləşmiş Ərəb Əmirliklərindən Azərbaycana qızıl-brilyant zinət əşyaları gətirib satan dörd qadının Bakı Baş Gömrük İdarəsinin keçmiş rəisi, gömrük generalı Vüsal Novruzovun sürücüsü tərəfindən iri məbləğdə aldadılması xəbəri ilə eyni vaxta təsadüf edir.
Bu hadisələr arasında bağlılıq olmaya bilər. Lakin qadınların mətbuata şikayət etməsinin ardınca aeroportda iki əməliyyat keçirilib və gizli yolla daş-qaş gətirənlər saxlanılıbsa, müəyyən şübhələrə yol açır.
Qadınların şikayətinə əsasən generalın ailə üzvlərinin sürücüsü Nəcəf Nəsirli öz rəisinin adından onlardan 615 min dollarlıq zinət əşyaları alıb və pulunu verməyib.
İstisna deyil ki, yaxalanan şəxlərin də sabiq gömrük rəisi ilə hansısa brilyant bazarlığı olacağı barədə gömrük orqanlarına səhih məlumatlar daxil olub.
Vüsal Novruzov isə məsələylə bağlı açıqlama verərək bu qalmaqala aidiyyatının olmadığını bəyan edib. Şübhəsiz ki, buna uşaq da inanmaz.
Ona görə ki, V.Novruzovun sürücüsünün daş-qaş nəyinə lazımdır, onun bu imkanları hardan ola bilər. Ən əsası - qadınlar niyə yalan danışsınlar ki?!
Vüsal Novruzovla Eldar Mahmudov və Rəfail Mirzəyevin qızıl biznesi...
Digər tərəfdən, Anaxeber.info ötən il V.Novruzovla bağlı olduqca qalmaqallı bir faktı xatıradaraq, brilyant alverçisi olan həmin qadınların ittihamının nə dərəcədə inandırıcı olub-olmadığı ehtimalını gücləndirməyə çalışıb.
Söhbət iş adamı Tural Bayraməliyevin ölkə prezidenti İlham Əliyevə müraciətindən gedir. Dövlət Gömrük Komitəsinin əməkdaşı olan Şadiyə Salehli ölkə mətbuatına bildirmişdi ki, T.Bayraməliyev şərikli biznes qurmaq adı ilə onu aldadıb və 405 min ABŞ dollar məbləğində pulunu alıb.
Ş.Salehli sabiq komitə sədri Aydın Əliyevin baldızıdır və onunla əri ilə V.Novruzov arasında biznes ortaqlığı olub. Novruzov Bayraməliyəvi təhdid etmişdi. Yəni, V.Novruzovun adının pul skandalında hallanması ilk hal deyil.
Vüsal Novruzovun qızıl-brilyant alveri ilə məşğul olması haqda bir müddət əvvəl mediada yazılıb. Onun bu işdə sabiq MTN rəhbəri Eldar Mahmudovla şərikli fəaliyyəti haqda da məlumatlar yayılıb.
Onun fövqəladə hallar nazirinin birinci müavini Rəfail Mirzəyevlə şərikliyi var. Onlar birlikdə qızıl-brilyant alverilə məşğul olurlar. Rəfail Mirzəyevin Bakıda qızıl mağazaları var, ailə üzvləri tərəfindən idarə olunur.
Vüsal Novruzov isə təbii olaraq bu məsələdə gömrük proseslərinə nəzarət edir. Yəni, generalın "mənim qızıl-brilyant biznesim yoxdur” deməsi doğrudur, çünki birbaşa özünün deyil, şəriklidir. Ümumiyyətlə isə V.Novruzovla R.Mirzəyevin bir çox sahələrdə şərikli işləri var.
Generalın sürücüsü tərəfindən aldadılanlar Gülarə Əliyeva, Bağda Hacıyeva, Naibə Nəcəfova və Aytən İbrahimovadır. Qadınlar deyirlər ki, Nəcəf Nəsirli ilə onların arasında qızıl-brillyant alış-verişi 2013-cü ildən başlamışdı.
Sürücü qadınlardan öz şefi üçün vaxtaşırı olaraq hərəsinin qiyməti on minlərlə dollar olan bir neçə zinət əşyası-qolbaqlar, boyunbağılar, üzüklər, sırğalar və s. alaraq aparıb. Rəisin bəyəndiklərinin pulunu gətirib, bəyənmədiklərini isə geri qaytarırmış.
Belə aydın olur ki, Novruzov bu daş-qaşı təkcə ailə üzvlərinə hədiyyə almayıb, həm də Mirzəyevlə olan şərikli qızıl dükanlarına transfer edərək orada satıb. Amma qadınların pulları batıb.
Günlərin birində Aytən İbrahimova istirahət üçün Bodrumda olanda təsadüfən V.Novruzovun ailə üzvləri ilə “Rixos” oteldə rastlaşıb. Deyir ki, generalın ailə üzvlərinə N.Nəsirli sürücü kimi xidmət etdiyi üçün onlarla müəyyən tanışlıqları var idi.
Bu qarşılaşma zamanı məlum olub ki, sürücünün qadınlardan aldığı və pulunu vermədiyi qızıl-zinət əşyalarından bəziləri generalın ailə üzvlərinin üzərindədir. İndi gömrük generalının nə işlərlə məşğul olduğu tam aydınlaşır.
Qadınların şikayətinin ardınca deputatın ittihamı

Anaxeber.info yazır ki, bu şikayətlər ictimailəşdiyi, mediada tirajlandığı ərəfədə deputat Vahid Əhmədov sensasion bir çıxış edir. Millət vəkili ötən dövr ərzində Gömrük Komitəsində 27 milyard manatın mənimsənildiyini açıqlayır və bu faktı hüquq-mühafizə orqanlarının araşdırmalı olduğunu söyləyir. Onun açıqlaması ciddi rezonans doğurur.
Doğrudur, bu vəsaitlərin 27 il ərzində yoxa çıxdığını bildirən deputat özü də yaxşı bilir ki, 1991-ci ildə, eləcə də keçid dövründə ölkənin o qədər böyük maliyyıə imkanları olmayıb. Deməli, gömrükdən oğurlanan pulların böyük məbləği son illərə təsadüf edir.
Bu halda 27 milyardın silinməsi keçmiş gömrük rəhbərliyinə diqqəti yönəldir. Millət vəkilinin sözlərindən də belə çıxır ki, prokurorluq sabiq gömrük rəisi Aydın Əliyev, Bakı Baş Gömrük İdarəsinin keçmiş rəisi Vüsal Novruzovun fəaliyyətini araşdırmalıdır.
Sirr deyil ki, V.Novruzov A.Əliyevin patronajlığı altında gömrükdə inhisarçılıq yaratmışdı. Ölkəyə gətirilən avtomobillərin qeydiyyatı zamanı bir maşının qiyməti qədər rüşvət istənilir və ölkədə ikinci büdcə açılmışdı.
Tək avtomobil deyil, son illərdə brokerlər və gömrük generalları tərəfindən qazanılan kapital bir “katyol”a qoyulurdu və milyonlar müxtəlif istiqamətlərə daşınırdı.
Amma bu qanunsuzluqların və mənimsəmələrin əsas yükü V.Novruzovun üzərinə düşürdü. V.Əhmədovun bu açıqlaması keçmiş gömrük rəhbərliyinin fəaliyyətinin yoxlanılmasına başlanğıc üçün bir mesaj ola bilər.
Qadınların şikayətinin və deputatın açıqlamasının generalın barəsində cinayət işi başlanması üçün əsaslı bir zəmin hazırlandığını istisna etmək olmaz.
Halbuki V.Novruzov revanş hissi ilə alışıb-yanır və yaxın ətrafına tezliklə yüksək bir vəzifəyə təyinat alacağını bildirirmiş.
Generalın bu dezinformasiyaları yaydığı ərəfədə aldığı brilyantların pullarını verməməkdə və gömrükdə 27 milyardın mənimsənilməsində payının olmasında ittiham edilir.
Bəzi saytlarda V.Novruzovun enerji içki bazarının əsas monopolistlərindən olduğu, “Heel” içkisinin ölkə bazarındakı sahibi olması haqda məlumatlar dərc olunub. Belə görünür ki, qısa müddətdə əlindəki bu biznes də itiriləcək.
Onsuz da əsas himayəçilərindən olan fövqəladə hallar naziri Kəmaləddin Heydərovun qara günləri başlayıb...

Anaxeber.İnfo

Şərhlər

XƏBƏR LENTİ