yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Əbülfəz Məlikov Akif Çovdarovdan da betər olub... - çirkli biznes oyunları

Əbülfəz Məlikov Akif Çovdarovdan da betər olub... - çirkli biznes oyunları
6-08-2018, 12:51 339 dəfə baxılıb

Gömrüyün sabiq "broker kralı" Əbülfəz Məlikovla bağlı redaksiyamıza yeni faktlar daxil olub. Belə ki, verilən xəbərə görə, zamanında gömrük sistemindən milyonlar əldə etmiş və hazırda "Gilan" Holdinqdə fəaliyyətini davam etdirən, lakin günü bu gün də böyük biznes şəbəkəsinə malik olan Əbülfəz Məlikov özünün biznes rəqiblərini sıradan çıxarmaqda pərgar olub.

Bu barədə məlumatlı mənbə danışır:

"Əbülfəz Məlikov iri gömrük məmurlarından bəzilərinə belə meydan oxuyacaq qədər qüdrətli idi. Onunla gömrükdə hesablaşmayan yox idi. Hətta vaxt olub ki, gömrüklə sıx təması olan sahibkarlardan bəziləri Əbülfəz Məlikovun qoçuları tərəfindən döyülüb də".

Mənbə bildirir ki, həmin sahibkarlar danışa bilmirlər: "Çünki bizneslərini davam etdirirlər. Amma iş hüquqi müstəviyə keçərsə, Akif Çovdarovun işi yalan olar. Əbülfəz Məlikov ondan da betər formada sahibkaralara divan tutub".

Qeyd edək ki, mənbə konkret adların yer aldığı məlumatları da təqdim edib. Həmin faktların əhatə olunduğu geniş materialımızı yaxın vaxtlarda təqdim edəcəyik. Bizi izləyin...

Qarşı tərəfi də dinləməyə hazırıq...
Dia.az


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

18-08-2018


17-08-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ