yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

“Ya yenidən nazir müavini olaram, ya da ölkədən gedərəm” - Musa Pənahov haqqında SENSASİON İDDİA

“Ya yenidən nazir müavini olaram, ya da ölkədən gedərəm” - Musa Pənahov haqqında SENSASİON İDDİA
25-02-2017, 13:02 935 dəfə baxılıb
yüklənir...

Azərbaycan zənginləri belə "ağlayır"; Ləğv edilən nazirliyin ikinci şəxsi Musa Pənahov korrupsiya yolu ilə əldə etdiyi varidatını qorumaq üçün əl-ayağa düşüb; o, moldovalı milyarder qudasının dəstəyi ilə Azərbaycanda vəzifə "almağa" çalışır; “Megapolis” klubu niyə satışa çıxarılıb...

Ləğv edilən Nəqliyyat Nazirliyinin sabiq birinci müavini Musa Pənahov ölkəni tərk edə bilər. Bu barədə məlumat verən mənbə iddia edir ki, sabiq nazir müavini Musa Pənahov Nəqliyyat, Rabitə v.ə Yüksək Texnologiyalar naziri Ramin Quluzadəyə müavin təyin edilməyəcəyi təqdirdə Azərbaycanı tərk edəcək. O, bu haqda yaxın ətrafına deyib. M.Pənahov hətta gedəcəyi ölkəni də müəyyən edib. Bu, onun qudasının da keçmiş prezidenti olduğu Moldovadır.

Mövzuya keçmədən öncə qısa bir xatırlatma edək. Sabiq nazir müavini Musa Pənahov bir neçə il öncə 1 milyardlıq sərvətə malik Moldova eks-prezidenti Vladimir Voroninin qızını öz nəvəsinə izdivac etmişdi.

Sabiq nazir müavininin oğlu Fuad Pənahovun Moldovanın ən zəngin adamı, eks-prezidentin oğlu Oleq Voroninin yeganə övladı ilə necə tanış olmasına da qısa nəzər salaq. “İnfotag” və “Publika” portallarına istinadən Rusiya qəzetləri yazır ki, gənclər 3 il öncə Fransanın elitar kurort zonası olan Lacivərd sahillərdə tanış olublar. Moldovanın eks-prezidentinin nəvəsi Katerina Voronina atasının 1 milyard dollarlıq sərvətinin yeganə varisi hesab edilir. O, Kişinyovda kollec bitirib, daha sonra təhsilini davam etdirmək üçün xaricə gedib.
İzdivac baş tutduqdan sonra isə M.Pənahov boş oturmayıb və Azərbaycanda olan külli miqdarda sərvətini Moldovaya köçürməyə başlayıb.

M.Pənahov moldovalı qudası ilə birgə demək olar ki, bu ölkədə bütün biznes sahələrində mövcuddurlar.

Sabiq nazir müavini haqqında ən maraqlı iddia isə budur ki, o, yarandığı gündən bu yana 15 ildir yüksək post tutduğu Nəqliyyat Nazirliyinin ləğvini, dolayısı ilə nazir müavini vəzifəsini itirməsini həzm edə bilmir. Belə ki, iki nazirliyin birləşməsindən sonra yaradılan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində də nazir müavini olmaq arzusundadır. Pənahov bunun üçün bütün əlaqələrini işə salıb, hətta qudasından da yardım istəyib. M.Pənahov digər tərəfdən isə nazir müavini olma şansının aşağı olduğunu hesablayaraq biznesini də ölkədən çıxarır.

Hətta bu gün paytaxtın ən məşhur klublarından olan və yaxşı gəlir verən “Megapolis” klubunu da satışa çıxarıb. Düzdür, bu satış “elanı” gizli saxlanılır, lakin oğul Pənahov bu barədə imkanlı dostlarına təklif edib.

Bundan əlavə tikinti sektorunda böyük tenderlər “udan” oğul Pənahov bu tenderlərdən qazandığı milyonların bir qismini xaricə çıxarmağa müvəffəq olsa da bir hissəsini Azərbaycanda investisiya kimi istifadə edib. İndi isə Pənahovlar ailəsinin əsas qayəsi bu şirkətləri tez bir zamanda sataraq nağd pula çevirməkdir. Heç şübhəsiz ki, satışdan əldə olunacaq həmin vəsait isə hansısa xarici ölkələrdə yeni investisiyalar, ortaqlıqlar üçün istifadə olunacaq.

Hər halda, bunu zaman göstərəcək. İndi isə görünən budur ki, vəzifə itkisi sabiq nazir müavinini yaxşıca əl-ayağa salıb...


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

21-10-2017


20-10-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ