yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Dünyanın gözü Davosda - Əliyev də ordadır

Dünyanın gözü Davosda - Əliyev də ordadır
17-01-2017, 10:57 495 dəfə baxılıb

Bu gün sayca 47-ci Dünya İqtisadi Forumu İsveçrənin Davos şəhərində öz işinə başlayır. Xalqxeber.Az xəbər verir ki, yanvarın 20-nə kimi davam edəcək foruma “Dəqiq və məsuliyyətli liderlik” mövzusu aparıcılıq edəcək. Təşkilatçılar budəfəki forumda rekord sayda – təxminən 3 min nəfər hökumət, biznes, beynəlxalq təşkilatlar, vətəndaş cəmiyyətlərindən nümayəndə gözləyir.

400 sessiyanın təşkil ediləcəyi forumda 4 istiqamətdə müzakirələr aparılacaq:qlobal əməkdaşlığın yenidən gözdən keçirilməsi, qlobal iqtisadiyyatın canlandırılması, kapitalizmin islah olunması və dördüncü sənaye inqilabına hazırlıq.

Forumda mindən çox şirkət rəhbəri, o cümlədən “Lukoyl” şirkətinin azərbaycanlı rəhbəri Vahid Ələkbərov, 70-dən çox ölkədən, xüsusilə “Böyük iyirmilik” ölkələrinin hamısından nümayəndə heyəti, həmçinin BVF, BMT, ÜTT ( Ümumdünya Ticarət Təşkilatı) kimi aparıcı beynəlxalq təşkilatların rəhbərləri iştirak edəcək.

Azərbaycanı Davosda bu il prezident İlham Əliyev, Rusiyanı baş nazirin birinci müavini İqor Şuvalov, Türkiyəni baş nazir köməkçisi Mehmet Şimşek və iqtisadiyyat naziri Nihat Zeybekçi, Çini dövlət başçısı Xi Jinping, İngiltərəni baş nazir Theresa May, ABŞı prezident yardımçısı Joe Biden, Ukraynanı dövlət başçısı Petro Poroşenko təmsil edəcək.
Dünyanın gözü Davosda - Əliyev də ordadır


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

19-01-2018

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ