yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Mədət Quliyev yubiley yaşının astanasına çatdı

Mədət Quliyev yubiley yaşının astanasına çatdı
27-09-2017, 09:55 36 176 dəfə baxılıb

27 sentyabr tarixi Azərbaycanın Milli Qəhrəmanı, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytenant Mədət Quliyevin doğum günüdür.

Məlumata görə, DTX rəisinin 59 yaşı tamam olur.

Mədət Qəzənfər oğlu Quliyev 27 sentyabr 1958-ci ildə Gəncə şəhərində anadan olub. 1980-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 1997-ci ildə Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirib. 1980-1982-ci illərdə Silahlı Qüvvələrin sıralarında həqiqi hərbi xidmət keçib. 1983-cü ildən Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətə başlayıb.
Cinayət-axtarış və mütəşəkkil cinayətkarlıqla mübarizə strukturlarında xidmət aparıb. 1992-1994-cü illərdə Terrorizm və Banditizmlə mübarizə şöbəsinin rəisi, 1994-1995-ci illərdə DİN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Yevlax-Qazax Regional Şöbəsinin rəisi, 1995-1996-cı illərdə DİN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin reketlə mübarizə şöbəsinin rəisi, 1996-2001-ci illərdə DİN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəis müavini, 2001-2002-ci illərdə həmin İdarənin rəisi, 2002-2004-cü illərdə DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, 2004-2006-cı illərdə Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, 2006-2011-ci illərdə DİN Baş Mühafizə İdarəsinin rəisi vəzifələrində çalışıb.
Azərbaycan Prezidentinin 30 iyun 2005-ci il tarixli 866 nömrəli sərəncamı ilə Mədət Quliyevə polis general-mayoru rütbəsi verilib. Azərbaycan Respublikasının Konstitusiyasının və dövlət quruluşunun qorunmasında, cinayətkarlıqla amansız mübarizədə, dövlətlərarası axtarışda olan residivist cinayətkarların saxlanılmasında və zərərsizləşdirilməsində şəxsən iştirakına, transmilli cinayətkarlığa qarşı mübarizədə xüsusi xidmətlərinə görə müxtəlif dövlət mükafatlarına layiq görülüb.
Prezidentin 26 dekabr 1995-ci il tarixli 424 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının müstəqilliyi və tərəqqisi naminə Vətən, dövlət qarşısında müstəsna xidmətlərə və rəşadətə görə Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilib.
Ölkə başçısının 14 fevral 2011-ci il tarixli 1317 nömrəli sərəncamı ilə Azərbaycan Respublikası ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi təyin edilib.
20 noyabr 2012-ci il tarixində ona ədliyyə general-leytenantı ali xüsusi rütbəsi verilib.
Azərbaycan Prezidentinin 20 oktyabr 2015-ci il tarixli 1458 nömrəli sərəncamı ilə ədliyyə general-leytenantı Mədət Quliyev Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin birinci müavini təyin edilib.
21 oktyabr 2015-ci il tarixli 1462 nömrəli sərəncamı ilə Mədət Quliyevə general-leytenant ali hərbi rütbəsi verilib.
Azərbaycan Respublikası Prezidentinin 14 dekabr 2015-ci il tarixli 1622 nömrəli sərəncamı ilə general-leytenant Mədət Qəzənfər oğlu Quliyev 14 dekabr 2015-ci il tarixində yaradılmış Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilib.
Ailəlidir. İki övladı var.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: chatdi, Medet, yubiley, Quliyev, astanasina, yashinin
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

15-12-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ