XalqXəbər.Az

İlham Əliyev və xanımı Vaterlo şəhərində Natəvanın abidəsini ziyarət ediblər

yüklənir...
İlham Əliyev və xanımı Vaterlo şəhərində Natəvanın abidəsini ziyarət ediblər
5-02-2017, 22:02
yüklənir...

Fevralın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Belçika Krallığının Vaterlo şəhərində görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanın abidəsini ziyarət ediblər

Vaterlo şəhərinin meri Floran Röter Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı qarşıladı.

Dövlətimizin başçısı və xanımı abidənin önünə gül dəstələri qoydular.

Ötən il fevralın 18-də açılışı olan bu abidənin ucaldılması Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi sayəsində mümkün olub. Şəhərin mərkəzi parkında ucaldılmış abidə Azərbaycanın Xalq Rəssamı Tahir Salahovun rəhbərliyi ilə heykəltəraş İmran Mehdiyev tərəfindən hazırlanıb. Abidənin özülündə Xurşidbanu Natəvanın Qarabağ şahzadəsi olması barədə məlumat var.скачать dle 10.6фильмы бесплатно

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.