yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Mehman Əliyev azadlıqda - Foto

Mehman Əliyev azadlıqda - Foto
11-09-2017, 13:14 53 246 dəfə baxılıb
yüklənir...

Bu gün Bakı Apellyasiya Məhkəməsində “Turan” İnformasiya Agentliyinin həbsdə olan direktoru Mehman Əliyev barəsində tutulma qərarının qanunsuz hesab edilməsi və girov müqabilində azadlığa buraxılması vəsatətləri haqda Yasamal rayon məhkəməsinin qərarlarından verilən apellyasiya şikayətlərinə baxılıb.

Xalqxeber.Az-ın verdiyi xəbərə görə, məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri dəyişdirilib və M.Əliyev azadlığa buraxılıb.

İttihama görə, M.Əliyev 2010-2014-cü illərdə dövlət qeydiyyatına alınmayan qrant müqavilələri üzrə külli miqdarda, yəni 148.310 manat məbləğində qanunsuz gəlir əldə edərək qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasına, habelə 2010-2016-cı illərdə vergi orqanına təqdim etdiyi mənfəət vergisi bəyannamələrinə təhrif olunan məlumatlar daxil etməklə 60.080 manat məbləğində mənfəət vergisini dövlət büdcəsinə ödəməkdən yayınmasına əsaslı şübhələr olduğu müəyyən edilib.

M.Əliyev 2017-ci il avqustun 24-də şübhəli şəxs qismində saxlanılıb. Ona Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilərək, Yasamal rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, prezident İlham Əliyev prokuror-məhkəmə orqanlarına seçilmiş qətimkan tədbirinin dəyişdirilməsini və vergidən yayınmada ittiham olunan M.Əliyevin təcridxanadan azad edilməsini tövsiyə etmişdi.
Mehman Əliyev azadlıqda - Foto


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: Mehman, Foto, Eliyev, azadliqda
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

21-09-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ