yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Ölkəni silkələyən yarım milyonluq “Dadaşev işi” haqda polisə sensasion - Faktlar

Ölkəni silkələyən yarım milyonluq “Dadaşev işi” haqda polisə sensasion - Faktlar
22-08-2017, 14:29 80 143 dəfə baxılıb

Araz Dadaşevdən yarım milyon pul istəyən keçmiş arvadı ilə qaynını öz hüquqi nümayəndələri ifşa etdi - Açıqlamalar

Artıq bunu təsdiqləyən müraciət də yayılıb. Dadaşevalar işi ilə bağlı Daxili İşlər Nazirliyinin Bakı şəhəri Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinə müraciət edilib. Müraciətin müəllifi Əliyev İlqar Əlövsət oğlu açıqladığı məktubda işin detallarını incələyib. O, tamamilə hadisələrin əsl mahiyyətini açıb və Dadaşevanı ifşa edib.
Həmin müraciəti oxuculara olduğu kimi təqdim edirik:
“Bildirmək istəyirəm ki, mən Dadaşeva Lalə Vahid qızı və onun qardaşı Məmmədov Ruslan Vahid oğlunun nümayəndəsi olaraq onları bir sıra məhkəmələrdə və hüquq mühafizə orqanlarında təmsil etmişəm. Bu işə 2016-cı ilin oktyabr ayından başlamışam. İşə başladığım dövrdən onları tam layiqli olaraq qeyd edilən orqanlarda müdafıə edərək hüquqlarının təmin olunması üçün vicdanla çalışmışam. Lakin son vaxtlar Lalənin və Ruslanın Araz Dadaşevlə aralarında olan məhkəmə proseslərinə təsir etmək və onu hər bir yolla həbs etdirmək üçün böyük cinayətlərə əl atdıqlarına görə onları təmsil etməkdən imtina etmişəm. Bu barədə də bir hüquqşünas və Azərbaycan vətəndaşı olaraq sizə məlumat verməyi özümə borc bilirəm.
Məsələni təfərrüatı ilə açıqlayıram. Nümayəndəsi olduğum Lalə Dadaşeva keçımiş yoldaşı Dadaşev Araz Məcnun oğlu ilə aralarında olan məhkəmə mübahisələrini hələ birinci instansiya məhkəməsində uduzduğunu görüb öz qanunsuz əməllərinə başlamışdır. Belə ki, o, ilkin olaraq Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə və hüquq-mühafızə orqanlarına müraciət edərək keçmış əri Araz Dadaşevin ağır və xüsusiylə ağır cinayətlər törətməsi barədə məlumat vermişdir. Mən bir hüquqşünas olaraq, dəfələrlə Lalə Dadaşeva və onun qardaşı Ruslan Məmmədova bildirmişəm ki, siz məhkəmə proseslərində iddialarınızın təmin olunması üçün ərizədə həqiqətə uyğun olmayan məlumatları qeyd edirsiniz.
Bu da sizin üçün hüquq-mühafizə orqanlarına bilə-bilə yalandan xəbərçilik etdiyinizə görə gələcəkdə cinayət məsuliyyəti yarada bilər. Onlar mənə bildirmişdirlər ki, hər hansı bir problem çıxsa, biz özümüz onu həll edərik. Bundan başqa, Ruslan Məmmədov və Lalə Dadaşeva öz növbəsində Araz Dadaşevdən intiqam alması üçün və eyni Zamanda onu tutdurub bütün maldövlətinin əldə etməsinə görə silah-sursat və qadağan olunmuş dini ədəbiyyat alıb Araz Dadaşevin evinə atdıraraq onu qanunsuz olaraq tutdurmağa cəhd etmişdir. Şəxsən R.Məmmədov mənə bildirmişdir ki, o, cinayətdə istifadə olunmuş tapanca və qumbara almışdır və bundan başqa, bir qumbara da əldə etmişdir. Həmin silah- sursatı Araz Dadaşevin müvəqqəti yaşadığı evin həyətinə atdırmaqda ona köməklik etməmi məndən xahiş etmişdir. Mən də öz növbəmdə bu cinayəti tam ifşa etməkdən ötrü, yəni həmin silah-sursatların alındığı mənbələrin müəyyən edilməsi üçün onunla mümkün qədər danışıqlarımızı qeydə almışam. Həmin danışıqlardan qeyd etdiklərim açıq şəkildə aydın olur. R. Məmmədov bu işdə ona yaxından kömək edilməsi üçün DİN-in keçmiş müstəntiqi Fəxri Hacıyevi də cəlb etmişdir. O da keçmiş əlaqələrindan istifadə edərək R. Məmmədova dostək olması üçün əlindən gələni, etməyə başlamışdır. Bundan başqa, R. Məmmədov MTN-də və DİN-də hazırda işləyən və keçmişdə işləmiş qohumlarını da bu işə cəlb etmişdir. Lakin müraciət etdiyi dövlət orqanlarında
çalışan şəxslərə böyük miqdarda pul təklif etmələrinə baxmayaraq, mənim bildiklərimə görə onlar bu təklifdən imtina etmişlər. R. Məmmədovun sözlərinə
görə bu işi maliyyələşdirməyi Ofeliya Mahmudova öz üzərinə götürmüşdür. Əlavə olaraq bidirirəm ki, Lalə Dadaşeva böyük miqdarda maliyyə dəstəyi almaqdan ötrü və Araz Dadaşevlə ədavətdə olan kiçik qardaşı Samir Dadaşevin məsləhəti ilə Mahmudova Ofeliya Əbirhəsən qızı ilə əlaqə yaratmış bu işdə mən və Fəxri Facıyev cəlb olunmuşam.
Mahmudova Ofeliya Əbirhəsən qızına 2004-cü ildə itkin düşmüş Hafiz Mahmudova məxsus qızıl əşyalarının L. Dadaşevanın A. Dadaşevin evindən apardığı qızılların içində olduğu biIdirilmişdir. Mahmudova Ofeliya L. Dadaşevanın A. Dadaşev barəsində ağır cinayətdə ittiham etdiyini rus dilinda video yazı olaraq ona çatdırılmasını xahiş etmişdir. Bundan sonra, 2017-ci ilin mart ayının 3-cü yarısında məndən gizli olaraq Mahmudova Ofeliyanın dəstayi və onunla birlikdə L. Dadaşeva və Fəxri Hacıyev Moskva şəharinə getmiş və A. Dadaşeva məxsus olan nal formalı, briliyant qaşları olan və 2 daşlı üzüklari şəxsən Rusiya Federasiyası
İstintaq orqanlarına təqdim edərək 2004-cü ildə Hafizin itkin düşməsi ilə əlaqədar cinayət işinin təzələnməsinə nail olaraq orada saxta sübutlarla A. Dadaşevin hər-hansı bir yolla həbs edilmasinə çalışmışdırlar. Hətta R. Məmmədov və L. Dadaşevanın sözlərindən Mahmudova Ofeliya bu işə Rusiya Federal Tahlükasizlik Xidməti və Rusiya DİN orqanlarının əməkdaşlarını calb etmişdir. Mənim bu barada şaxsən L. Dadaşevlə danışığım olmuşdur ki, sən Araza məxsus həmin qızılları ora verməkdə düzgün etməmisən. Belə ki, L. Dadaşeva özü çox yaxşı bilir ki, nal formalı, briliyant qaşlarla olan üzük A. Dadaşev onunla ailə qurmamışdan əvvəl ona məxsus olmuş, hətta toy şəkllərində də bu öz təsdiqini tapmışdır. Bundan başqa, digər üzük də hələ Hafız Mahmudov itməmişdən çox illər öncə A. Dadaşev aldə elmişdir. Iakin L. Dadaşeva həmin üzüklari RF-nın İstintaq orqanına təqdim edarək onların Hafiz Mahmudova məxsus olduğunu və A. Dadaşevin qeyd edilən qızılları onu öldürdükdən sonra qarət etdiyini bildirmişdir. L. Dadaşeva mənə bildirmişdir ki, artıq onun geriyə yolu yoxdur. O, Ofeliya Mahmudovaya geri çəkilməyəcəyi barədə söz verdiyini, Ofeliya Mahmudova da bunun müqabilində Bakı şəhərində yuxarı dairələrdə öz əlaqələrindən istifadə edərək məhkəmə proseslərini udmasına görə L. Dadaşevanın qarşısında öhdəlik götürmüşdür. Məhkəmə proseslərinin udulmasından ötrü ilk öncə məhkəmə və hüquq-mühafizə orqanlarının rəhbərlərində A. Dadaşeva qarşı mənfi rəy yaratmaq üçün R. Məmmədov dostu Rufət Əhmədzadənin vasitəsi ilə kütləvi informasiya vasitələrində A. Dadaşev barəsində yalan və böhtan xarakterli məlumatların yayılmasına nail olmuşdurlar. Mən məhkəmə proseslərində L. Dadaşevanı təmsil edən zaman qarşı tərəfımiz olan A. Dadaşevlə iş üzrə barışıq əldə olunmasına nail olmuşam. Lakin L. Dadaşeva və onun qardaşı 235.000 manatlıq barışıq sazişlərinə imza atıb pulu aldıqdan sonra həmin sazişləri pozacaqlarını mənə bildirdikdən sonra bu işə öz razılığımı verməmişəm. Hətta Xəzər Rayon Prokurorluğunda təşkil olunan görüş zamanı R. Məmmədov A. Dadaşevin onlara 500.000 manat verdikdən sonra öz şikayətlərindən əl çəkəcəyini bildirmişdir. Bütün bu göstərilənlər barədə sizə
məlumat verərək adları qeyd edilən şəxslər barəsində müvafıq tədbir görməyinizi sizdən xahiş edirəm”.
Hörmətli oxucular yuxarıda qeyd olunan müraciətin ciddiliyini nəzərə alaraq növbəti sayımızda araşdırmalarımızı davam etdirəcəyik.
Bizi izləməyi unutmayın.

“Gündəm Xəbər”


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: , ishi, yarim, sensasion, Faktlar, silkeleyen, Olkeni, milyonluq, Dadashev, polise, haqda
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

17-11-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ