yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Gülənin “13 aprel ölüm tarixi”: - FETÖ Ərdoğan üçün II Əbdülhəmidin aqibətini hazırlayır

Gülənin “13 aprel ölüm tarixi”: - FETÖ Ərdoğan üçün II Əbdülhəmidin aqibətini hazırlayır
4-04-2017, 11:35 36 297 dəfə baxılıb
yüklənir...

FETÖ terror şəbəkəsinin lideri Fətullah Gülənin “Vikipediya” səhifəsində ölüm günü kimi göstərilmiş “13 aprel 2017-ci il”in yeni qiyam tarixi olduğu bildirilir.
Türkiyə mediasına istinadən xəbər veririk ki, ölkə tarixində mühüm günlərdən biri olan 13 aprel və Konstitusiya referendumunun da məhz 2017-ci il aprelin 16-na təyin olunması faktları FETÖ liderinin “vaxtsız ölümü”nün şifrəsini açmağa imkan yaradır.
Qeyd edək ki, Gülənin “2017-ci il aprelin 13-də öldüyü”nə dair məlumat “Vikipediya”da ötən ilin oktyabrında yerləşdirilmişdi. Mətbuat və sosial şəbəkələrdə ciddi reaksiyalar doğuran həmin bu hadisəni FETÖ liderinin yeni blefi hesab edənlərlə yanaşı, Gülənin “növbəti kəraməti” kimi qiymətləndirənlər də oldu. O zaman yəqin ki, çoxları Gülənin özünə “ölüm tarixi” seçməsinin arxasında daha bir məkrli niyyətin olduğunu təxmin etmirdi.
Lakin təqvimin aprelə yetişməsi və bu ayda baş vermiş ciddi hadisələrin yenidən xatırlanması 15 iyul iflasından hələ də dərs almayan FETÖ liderinin yeni çevriliş hazırlığında olduğunu üzə çıxartdı.

Gülənin “13 aprel ölüm tarixi”:
Gəlin baxaq, Gülən özünü nəyə görə məhz aprelin 13-də “öldürdü?” 13 aprel Türkiyə (Osmanlı dönəmi) tarixinin ən ağrılı günlərindən biri olaraq, xatırlanır. Çünki XIX əsrdə Avropa dövlətlərinin süqut həddinə gətirib çıxartdıqları Osmanlı İmperatorluğunu uçurumun astanasından geri qaytaran, dövləti sürətli inkişaf yoluna çıxaran, Qərbin bütün planlarını ustalıqla boşa çıxaran Sultan II Əbdülhəmidin “Gənc Türklər” qiyamı nəticəsində devrildiyi gündür. Yaxşı, o zaman Gülən nədən öz “ölümü” üçün bu uğursuz günü seçib?
Məsələ ondadır ki, FETÖ liderinin Türkiyə üçün xoş olmayan 13 apreldə ölmək fikri nəinki yoxdur, əksinə, o həmin gün 108 il əvvəlki (1909-2017) və indiki tarix arasında “bağlılıq” yaratmağı düşünür. Necə?
Qeyd olunduğu kimi, Türkiyədə aprelin 16-da Konstitusiya referendumu keçiriləcək. Referendumdan xalqın “Evet” cavabı çıxacağı təqdirdə, Türkiyədə tam prezident üsul-idarəsinə keçiləcək və vətəndaşlardan yeni “kart-blanş” alan AKP iqtidarının mövqeləri daha da güclənəcək. Ərdoğanın gözlənilən uğuru həm də 15 iyul uğursuzluğuna görə revanş həvəsində olan FETÖ-nun tam sıradan çıxarılması anlamına gəlir. Ona görə də, bu gedişatı dəyişmək niyyətində olan FETÖ lideri referendumun keçiriləcəyi 16 aprelə qədər Türkiyədə yeni qiyam qaldırmağı hədəfləyib. Qiyamın tarixi isə 6 ay əvvəl seçilib: 13 aprel – Gülənin özü üçün seçdiyi “ölüm günü”ndə. Əslində isə FETÖ lideri öz aləmində aprelin 13-də Ərdoğan üçün Osmanlı padşahı II Əbdülhəmidin aqibətini planlaşdırıb: prezidenti devirmək və indiki gedişatı 180 dərəcə dəyişmək.
Lakin FETÖ-nun ifşasından sonra bu terror şəbəkəsinin və onun liderinin bütün addımlarını, mesajlarını çozməkdə çətinlik çəkməyən Türkiyə hakimiyyətinin mümkün “13 aprel planı”na qarşı əks tədbirlərinin olacağı şübhə doğurmur.
Hər halda, indi 1909 yox, 2017-ci ildir, Türkiyə isə 108 il əvvəl sıravi dövlətlərin belə poliqon kimi gördükləri ölkə vəziyyətindən çoxdan çıxıb. Bunu Gülən də, onun ipini əllərində tutanlar da yaxşı bilir.
Gülənin “13 aprel ölüm tarixi”: - FETÖ Ərdoğan üçün II Əbdülhəmidin aqibətini hazırlayır
Gülənin “13 aprel ölüm tarixi”: - FETÖ Ərdoğan üçün II Əbdülhəmidin aqibətini hazırlayır
Yeniçağ


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: aprel, Gülənin, liderinin, aprelin, Türkiyə, Osmanlı, lideri, Gülən, Türkiyədə, olduğunu, zaman, ciddi, həmin, Lakin, “ölüm, tarixi”, çıxaran, dəyişmək, əvvəl, gedişatı
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

21-09-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ