yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

5 ildi komada olan Şumaxerdən şad xəbər

5 ildi komada olan Şumaxerdən şad xəbər
16-08-2018, 14:36 416 dəfə baxılıb

5 ildi komada olan Mixael Şumaxerdən xəbər var.

"Formula 1" pilotu səyahət edə biləcək vəziyyətə gəlib. Alman pilot tezliklə İspaniyaya aparılacaq. Bu barədə Andratx qəsəbəsinin bələdiyyə sədri Katya Ruarx açıqlama verərək bildirib ki, Şumaxer İspaniyanın Malyorka şəhərinə köçürüləcək.

Qeyd edək ki, 2013-cü ildə Alp dağlarında xizək sürərkən qəza keçirən alman pilot həmin vaxtdan komadadı. F1 pilotu barədə son rəsmi açıqlama onun reabilitasiya prosesinə başladığı olmuşdu
Bu ilin əvvəlində Şumaxerin həyat yoldaşı Korinnanın təxminən 30 milyon avroya bir villa aldığı bildirilmişdi. Malyorkanın 11 min nəfər əhalisi olan Andratx qəsəbəsindəki villanın bundan əvvəlki sahibi "Real"ın prezidenti Florentino Peres olub
Andratx bələdiyyəsinin sədri Katya Ruarx bildirib ki, 2014-cü ilin sentyabrından İsveçrənin Cenevrə şəhərindəki evində müalicə olunan Şumaxer artıq bu villada yaşayacaq: "Mixael Şumaxerin artıq burda yaşayacağını rəsmi olaraq deyə bilərəm. Onu qarşılamaq üçün bütün hazırlıqlarımız tamamlanıb".


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

15-10-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ