yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Azərbaycanlı milyarderin otellərinə həmvətənlərimizin girişi QADAĞANDIR - Ermənilərə isə açıq

Azərbaycanlı milyarderin otellərinə həmvətənlərimizin girişi QADAĞANDIR - Ermənilərə isə açıq
5-01-2018, 10:36 609 dəfə baxılıb

Azərbaycanlı milyarder Qabil Həsənov Türkiyənin Antalya şəhərində sahib olduğu otellərə öz millətindən olan müştəriləri buraxmır.

Bu barədə jurnalist Əvəz Zeynalı “facebook” hesabında paylaşım edib.

Məsələ ilə bağlı araşdırma apardığını bildirən Zeynallı, maraqlı faktla üzləşdiyini bildirib. Onun sözlərinə görə, azərbaycanlıların buraxılmadığı sözügedən otelə gələn erməni müştərilərə “gözün üstündə qaşın var” deyilmir.

Yenicag.az-ın araşdırması nəticəsində məlum oldu ki, Qabil Həsənov 2012-ci ildə Antalyada “Amara Beach” otelini satın alıb.
Bundan başqa onun Antalyanın Belek bölgəsində “Alva Donna” adlı beş ulduzlu oteli də var.

Qabil Həsənovun sahib olduğu otellərin sayı bununla bitmir. O, eyni zamanda “Kiriş PGS” otelinin də sahibidir. Bu otel də digərləri kimi beş ulduzludur.
Araşdırmamız nəticəsində o da məlum oldu ki, adıçəkilən şəxs Türkiyədə “Sahil M” inşaat şirkətinin sahibidir. Bu şirkətdə onun sərmayəsi isə 50 milyon türk lirəsi təşkil edir.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: Ermenilere, QADAGANDR, achiq, hemvetenlerimizin, milyarderin, otellerine, Azerbaycanli, , ise, girishi
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

19-10-2018


18-10-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ