yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

“Müğənnilər Telmanın qarşısında diz çökürdülər” - Şok iddia

“Müğənnilər Telmanın qarşısında diz çökürdülər” - Şok iddia
18-12-2017, 17:48 513 dəfə baxılıb

Rusiyanın tanınmış estrada müğənnisi Avraam Russonun arvadı Morella ilə qalmaqallı boşanma prosesində bu dəfə iş adamı Telman İsmayılovun da adı hallanıb.

Rusiya KİV-nə istinadən xəbər veririk ki, mətbuatın əlinə keçən telefon danışıqlarının birində Morellanın müğənni ərinə “Avraam, Telmansız, İosifsiz sən heç kimsən” ifadəsini işlədib.

Burada söhbətin azərbaycanlı iş adamı Telman İsmayılov və prodüser İosif Priqojindən getdiyi məlum olub.

Arvadının iddiasına görə, restoranlarda oxuyan, əslən Suriyadan olan əri Abraham Janoviçə Moskvaya gəlməsinə və Avraam Russo ilə məşhurlaşmasına adını çəkdiyi şəxslər bir zamanlar yardım ediblər.

Müğənni isə açıqlamasında deyib: “Mən qorxaq deyildim və Telmanın yanından 2003-cü ildə getdim, puluna şirniklənmədim. Həmin zamanlarda o, biznesmen kimi karyerasının zirvəsində idi, baxmayaraq ki, o, güclü və qüdrətli insan idi.

Digər artistlər isə ətrafında dolanırdılar, qarşısında diz üstə dayanırdılar. Ən böyük estrada ulduzları Telmanın qarşısında diz çökürdülər və ona deyirdilər: “Sən Allahsan! Sən çarsan!” Mən ki onun qarşısında sürünmür, yaltaqlıq etmirdim. Halbuki, o məni yer üzündən silə bilərdi”.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: chokurduler, qarshisinda, Mugenniler, Telmanin, Shok, diz, , iddia
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

15-10-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ