SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Novxanı kəndinin keçmiş bələdiyyə sədrinin başı dərddə

Novxanı kəndinin keçmiş bələdiyyə sədrinin başı dərddə

Tarix:

15-05-2017, 10:54

/ 58 468 dəfə oxundu.
Novxanı kəndinin keçmiş bələdiyyə sədrinin başı dərddə

Məhərrəm Əvəzovla bağlı hüquqi araşdırmaya start verilib
Abşeron rayonunun Novxanı kəndinin keçmiş bələdiyyə sədri Məhərrəm Əvəzovla bağlı redaksiyamıza yeni informasiya daxil olub. Özəl mənbədən daxil olan məlumata görə, M.Əvəzovun bələdiyyə sədri işlədiyi dövrdə yol verdiyi qanunsuzluqlarla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmaya start verilib.
Sabiq bələdiyyə sədri məhşər ayağında
Bilgili qaynağın sözlərinə görə, M.Əvəzovla bağlı bir neçə iddia var ki, bunlardan da biri onun azyaşlı şəxslərin adına torpaq sənədləşdirməsidir: “M.Əvəzovun bələdiyyə sədri işlədiyi dönəmlərdə bir sıra ciddiqanun pozuntusuna yol verdiyi iddia olunur ki, bunlardan da biri onun 3, 9, 13 yaşlı uşaqların adına torpaq sahələri sənədləşdirməsidir. Nə qədər qəribə də olsa,yetki sahibi olduğu dönəmdə bir neçə bu cür qanunsuz sənədə imza atan M.Əvəzovun bu əməlləri, məhz indi – bu hadisələrin üzərindən uzun illər keçdikdən sonra aşkarlanıb. Bu isə o deməkdir ki, qarşıda M.Əvəzovu ağır günlər gözləyir. Belə ki, ömrünün ixtiyar vaxtında məhşər ayağına çəkilən M.Əvəzov indi illər öncə yol verdiyi qanunsuzluqların hesabını verməli, imza atdığı hər bir sənədə görə cavab verməlidir”.
Sadəcə pul yığmayıb, həm də şikayətçi ordusu toplayıb…
Bilgili qaynağın sözlərinə görə, sabiq bələdiyyə sədrinin hazırkı vəziyyətini mürəkkəbləşdirən amillərdən biri də onunla bağlı bir neçə şikayətçinin mövcud olmasıdır: “M.Əvəzovla bağlı mövcud reallıqlardan biri onun heç də dəyəri milyonlarla ölçülən sərvətə malik olması həqiqəti deyil. Önəmli reallıqlardan biri də keçmiş bələdiyyə sədrinin bunca illər ərzində yalnız sərvət deyil, həm də çoxlu sayda şikayətçi ordusu toplamasıdır.
M.Əvəzovla bağlı məsələyə hüquqi müstəvidə aydınlıq gətirildiyi dönəmdə keçmiş bələdiyyə sədrindən şikayətçi olanlarınsayının artacağı da istisna deyil. Əksinə, çox güman ki, M.Əvəzovla bağlı baş verənləri öz pozulan haqlarını bərpa etmək üçün fürsət kimi dəyərləndirən bir çox insan hüquq-mühafizə orqanlarına şikayət etməklə öz hüquqlarının bərpasına səy göstərəcək”.

cumhuriyyet.net

Şərhlər

XƏBƏR LENTİ