yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

“Xaricdən gələn pulla qızına “Porsche” alacaqdı”

“Xaricdən gələn pulla qızına “Porsche” alacaqdı”
12-05-2017, 15:42 86 865 dəfə baxılıb
yüklənir...

Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Baş Əks Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər dindirlib.

İclasda zərərçəkən Vidadi Əzizovun qardaşı Əziz Əzizov ifadə verib. O qardaşının başına gələnləri V.Əzizovun danışdıqları ilə oxşar formada danışıb. Deyib ki, V.Əzizovun bizneslə məşğul olmasını bilsə də, külli miqdarda pulu olduğundan məlumatsız olub: “Həmin gün bilmişəm ki, xaricdən qardaşıma 1 milyon manat pul gəlib. Qardaşımın Goranboy rayonun Qarabucaq kəndində ferması olub. Bu hadisələrdən sonra da fermanı 31 min 500 manata satıb Vidadiyə verdim”.

Hakim zərərçəkən V.Əzizovun hazırda harada olmasını soruşub. Ə.Əzizov deyib ki, qardaşı həyat yoldaşı Təranəni məhkəməyə gətirmək üçün gedib və əlavə edib ki, bu hadisədən sonra Təranə Əhmədovanın vəziyyəti pisləşib.

Təqsirləndirilən M.Əsgərov buna etiraz edərək yalan danışdığını deyib: “Şeytan maşını işə düşüb. İndi də yalan kulminasiya nöqtəsinə çatıb. Daha hansı yalanları danışacaqlar? Gözləyərək bu günə çatmışam. Daha dözə bilmirəm, 1 il 8 aydır şər-böhtana görə həbsdə saxlanılaram”.

V.Əzizovun bacısı Solmaz İbrahimzadə şahid qismində ifadə verərək deyib ki, hadisə günü qardaşının sürücüsü Ruslan “kulyok”da pul gətirərək ona verib və saxlamasını bildirib: “Ruslan dedi ki, pulu evdə saxlamaq təhlükəli olar. Ona görə də çemodana qoyub qonşuya verdim. Axşam Vidadi gələndə qonşudan götürüb “kulyok”u ona verdim. Pulu saydı, 300 min dollar olduğunu dedi”.

V.Əzizovun həyat yoldaşı Təranə Əhmədova da ifadə verərək ərinin saxlanıldığı gün başına gələnləri danışıb: “Vidadi ilə mebel mağazasına getdik, cavan oğlanlar bizi izləyirdi, amma bunu Vidadiyə demədim. Sonra banka getdik, Vidadi bankdan çıxıb əlində qara rəngli kulyoku maşının baqajına qoyanda maskalı və silahlı şəxslər hücum edib onun qolunu bağladılar. Mən səs-küy salanda silahı başıma dirəyib susmağımı tələb etdilər.

T.Əhmədova Dubaydan gələn 1 milyon dollardan xəbəri olmadığını deyib.

M.Əsgərov deyib ki, V.Əzizov rəsmi qaydada saxlanılmadan 3 gün öncədən izlənilib: “Bu adamlar xaricdən gələn pullardan məlumatlı olublar. Evdə də bunun söhbəti olub. Vidadi hələ qızına söz verib ki, pul xaricdən gələndən sonra ona “Porsche” alacaq. Evdə hansı rəngdə maşın alacaqları ilə bağlı söhbətləri də olub. Bütün bunlar dinləmə və izləmə sənədləri ilə tərtib edilib. Həmin sənədlər məhkəməyə gətirilsə, hər şey aydın olacaq. Bu ailənin hara getməsi, kimlərlə görüşməsi foto-video çəkilişlərlə sübut olunur. Əslində, hadisə baş verən gün bunların mebel almaq üçün mağazaya getməyiblər. Onlar izlənmələrini müəyyən etmək üçün ora gediblər. Orada da onları cavan oğlanlar yox, kənardan bir nəfər əməkdaş izləyib”.

Məhkəmə prosesi mayın 17-də davam etdiriləcək.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: qizina, gelen, Porsche, pulla, Xaricden, alacaqdi
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

29-05-2017

BÜTÜN XƏBƏRLƏR
yüklənir...
GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ