SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Baba Rzayevin departament rəisini işdən qovmasının sensasion təfərrüatı

Baba Rzayevin departament rəisini işdən qovmasının sensasion təfərrüatı

Tarix:

26-04-2017, 12:14

/ 64 136 dəfə oxundu.
Baba Rzayevin departament rəisini işdən qovmasının sensasion təfərrüatı

“Azərişıq” ASC-də kadr dəyişiklyi baş verib
Məlumata görə, "Azərışıq" ASC-nin Enerji Satış Departamentinin direktoru Qara Nəbiyev işdən kənarlaşdırılıb.
Məlumatda qeyd olunur ki, ASC sədri Baba Rzayevlə departament direktoru arasında mübahisə düşüb. Nəticədə sədr direktoru işdən azad edib.
Məsələylə bağlı açıqlama verən "Azərışıq" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tanrıverdi Mustafayev bu barədə məlumatsız olduğunu bildirib:
"Bu gün kollegiya olub, amma Qara Nəbiyev iclasda iştirak etməyib. Mən bildiyimə görə, məzuniyyətə çıxıb. Onu deyə bilərm ki, onun işdən çıxarılması ilə bağlı əmr yoxdur".
Qurumun adının çəkilməsini istəməyən əməkdaşının verdiyi məlumata görə isə Qara Nəbiyev ötən həftə işdən kənarlaşdırılıb və artıq neçə gündür ki, işə çıxmır.
Əldə etdiyimiz məlumata görə, buna səbəb tərəflərin çəkişməsi olub. Uzun müddətdir ki, B.Rzayevlə Q.Nəbiyev arasında qalmaqal yaşanırdı.
İclaslarda departament direktoru ilə ASC sədrinin sözləri çəp gəlirmiş və mübahisə yaranırmış. Ancaq onu vəzifədən çıxarmaq üçün tutarlı səbəbləri olmayıb.
Bu dəfə məsələ dərinləşib və məzuniyyət adı ilə Q.Nəbiyev könüllü istefa ərizəsi yazmağa məcbur edilib.
Qəbələnin Kötüklü kənd sakinləri ermənilər tərəfə keçməyə çalışmışdılar.
Qeyd edilib ki, 25 nəfər Qəbələ sakini əllərində ağ bayraqla işğal altındakı Ağdam rayonuna keçərkən polis onları mühasirəyə alıb.
Məlumata görə, həmin 25 nəfər Nəbiyevlər ailəsinin Qəbələdə onlara qarşı etdiyi haqsızlıqlardan irəli gələrək, bu addımı atdıqlarını qeyd ediblər.
“Azərişıq”ın Bakı üzrə nümayəndəsi Qara Nəbiyev, vergilər nazirinin müşaviri Müsavər Nəbiyev, Kötüklü kəndinin icra nümayəndəsi İkram Nəbiyev Qəbələ rayonunu ələ alıblar.
“Onlar bizi yaşamağa qoymurlar. Kiminsə evinə, maşınına narkotik atıb tutdururlar. Bundan bezib Ermənistan tərəfə keçmək istədik. Özümüzü erməni gülləsinin qarşısına verib canımızı Nəbiyevlərin zülmündən xilas etmək istəyirdik”.
Onu da deyək ki, Q.Nəbiyevin “Azərişıq”dakı maxinasiyalarda əlinin olduğu haqda iddialar var. B.Rzayev onun fəaliyyətindən və çıxışlarından çox narazı idi. Böyük biznes sahibi olan sabiq direktorun restoranları, villaları var.

mia.az

Şərhlər

XƏBƏR LENTİ