SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Gömrük Komitəsində YENİ TƏYİNAT

Gömrük Komitəsində YENİ TƏYİNAT

Tarix:

12-03-2019, 15:48

/ 1 250 dəfə oxundu.
Gömrük Komitəsində YENİ TƏYİNAT

Azərbaycan Respublikası Dövlət Gömrük komitəsində yeni departament direktoru təyin olunub.
Banker.az-a istinadən məlumata görə, martda Pərvin Rəhimli Risklərin İdarəedilməsi Departamentinə direktor vəzifəsinə təyinat alıb.

P.Rəhimli 2018-ci ilin sentyabrında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Audit direktoru vəzifəsinə təyinat alımışdı. Adıçəkilən şəxs Nazirlikdən öncə isə “Azersun Holdinq”də Baş mühasib kimi çalışıb.

Xatırladaq ki, Pərvin Rəhimli Bakı Mühəndislik Məktəbinə birləşdirlən Qafqaz Univeristetində bakalavr dərəcəsini, Nyu-Kasl Universitetində (Newcastle University) maliyyə üzrə magistr dərəcəsini bitirib.

Şərhlər

XƏBƏR LENTİ