yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Azərbaycanın prezidentləri hansı universitetlərdən məzun olub? — ARAŞDIRMA

Azərbaycanın prezidentləri hansı universitetlərdən məzun olub? — ARAŞDIRMA
10-03-2017, 19:14 1 169 dəfə baxılıb
yüklənir...

Azərbaycan Respublikasında icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur.

Azərbaycan Respublikası Konstitusiyasına müvafiq olaraq icra hakimiyyətinin vahid sistemini yuxarı, mərkəzi və yerli icra hakimiyyəti orqanları təşkil edir. Bu sistem dövlət orqanlarının və qulluqçularının əsas çoxluğunu əhatə edir və geniş hüquqlara malikdir. Qanunların icrası icra hakimiyyətinin əsas funksiyasıdır.

Azərbaycan Respublikasının Prezidenti həmçinin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali baş komandanıdır. Azərbaycan Respublikasının hal-hazırki prezidenti İlham Əliyevdir. O, 2003-cü il oktyabrın 31-dən bu vəzifəni icra edir. Azərbaycan Respublikasının Prezidenti toxunulmazlıq hüququna malikdir və onun şərəf və ləyaqəti qanunla qorunur.

Bu dəfə müstəqlillik qazandıqdan sonra Azərbaycan Respublikasının prezidentləri olmuş şəxslərin ali təhsili haqqında məlumat verəcik. Qeyd edək ki, məlumat internet materialları əsasında hazırlanmışdır.

Ayaz Mütəllibov - Azərbaycan Respublikasının ilk prezidenti

Ayaz Niyazi oğlu Mütəllibov 12 may 1938-ci ildə Bakıda ziyalı ailəsində anadan olub. 1962-ci ildə Azərbaycan Neft-Kimya İnstitutunu bitirib.

1991-ci il sentyabrın 8-də ümumi seçkilərdə Azərbaycanın prezidenti seçilmişdir. 1992-ci il martın 6-da istefa verib.

Əbülfəz Elçibəy

Əbülfəz Qədirqulu oğlu Əliyev (Elçibəy) 24 iyun 1938-ci ildə Naxçıvan MR-nin Ordubad rayonunun Kələki kəndində anadan olub. 7 illik Unuskənd məktəbini bitirdikdən sonra Ordubad şəhər 1 saylı orta məktəbində təhsilini davam etdirib. 1957-ci ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsinə daxil olub və 1962-ci ildə həmin universitetdən məzun olub.

1965-ci ildə BDU-nun aspiranturasına daxil olub və aspirantura təhsilini 1968-ci ildə uğurla tamamlayıb. "Tulunilər dövləti (868-905)" mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi alıb (1969).

8 iyun 1992-ci ildə Azərbaycan Respublikasında ilk dəfə seçki yolu ilə prezident seçilən Əbülfəz Elçibəy 1 sentyabr 1993-cü ildə istefa verib.

22 avqust 2000-ci ildə 62 yaşında Türkiyənin Ankara şəhərində xəstəxanada vəfat edib.

Heydər Əliyev

Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olub. 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsində təhsil alıb.

Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməmişdir.

Heydər Əliyev 1941-1944-cü illərdə Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində müxtəlif məsul vəzifələrdə xidmət edib, 1944-cü ilin mayında isə Naxçıvan Vilayət Partiya Komitəsi tərəfindən dövlət təhlükəsizliyi orqanlarına işə göndərilib. O, Leninqrad (indiki Sankt-Peterburq) və Moskva şəhərlərində xüsusi ali təhsil alıb, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib.

H.Əliyevə 1967-ci ildə SSRİ Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi tərəfindən general-mayor rütbəsi verilib.

1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində prezident seçilən Heydər Əliyev 2003-cü il dekabrın 12-də müalicə olunduğu Klivlend Klinikasında (ABŞ) vəfat edənədək bu vəzifəni daşıyıb.

İlham Əliyev

Azərbaycan Respublikasının hazırki prezidenti İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub.

1967-1977-ci illərdə Bakı şəhərindəki 6 saylı orta məktəbdə təhsil alıb.

1977-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna daxil olub. Oranı bitirdikdən sonra institutun aspiranturasına qəbul edilib, 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi alıb.

2003-cü il 15 oktyabrda Azərbaycan Republikasının Prezidenti seçilib. Prezident seçkilərində seçicilərin 76%-dən çoxu İlham Əliyevin lehinə səs verib. 2003-cü il oktyabrın 31-dən bu günə qədər prezidentlik vəzifəsini icra edir.

İlham Əliyev 2008-ci ildə yenidən prezident seçilib. 2013-cü ildə üçüncü müddətə prezident seçilib və hazırda bu vəzifəni icra edir.

Ölkə.Az


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

16-10-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ