XalqXəbər.Az

Səfər Mehdiyev keçmiş MONOPOLİSTƏ vəzifə verdi

yüklənir...
Səfər Mehdiyev keçmiş MONOPOLİSTƏ vəzifə verdi
7-12-2018, 13:17
yüklənir...

Monopolist Əbülfəz Məlikov Abşeron Gömrük İdarəsinin rəisi təyin edilib.

Miq.az-a daxil olan məlumata görə, Ə. Məlikov bu vəzifəyə Dövlət Gömrük Komitəsinin rəisi Səfər Mehdiyevin əmri ilə təyin olunub.

Səfər Mehdiyevin Əbülfəz Məlikovu vəzifəyə gətirməsi birmənalı qarşılanmayıb. Çünki bu şəxs vaxtilə "Broker” MMC-nin rəhbəri kimi gömrük sahəsində böyük monopoliya şəbəkəsi qurmaqla tanınıb. Yağ, meyvə, siqaret və saydıqca bitməyən bir çox sahəni inhisarına alan Əbülfəz Məlikovun gömrük gəlirlərindən dövlət büdcəsinə transfer edilməli olan 10 milyardlarla vəsaiti mənimsədiyi haqqında da məlumatlar var. Onun İran kəşfiyyatına bağlı iranlı iş adamları, hətta ermənilərlə əməkdaşlığına dair də xəbərlər yayılmışdı. Bir müddət öncə Ə. Məlikovun monopoliya imperiyasının sütunları tədricən laxlamağa başladı. Lakin onun Abşeron Gömrük İdarəsinə rəis gətirməsi gömrükdə monopoliyanın yenidən çiçəklənə biləcəyinə dair suallar yaradır.

Miq.Az

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.