yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

«Nurəddin Mustafayev, sizi göydə Allaha, yerdə isə Prezidentə tapşırmışıq!»

«Nurəddin Mustafayev, sizi göydə Allaha, yerdə isə Prezidentə tapşırmışıq!»
31-10-2018, 12:39 212 dəfə baxılıb

“Biləcəri Təmir Quraşdırma” QTSC-nin kollektivi Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin rəisi Nurəddin Mustafayevin heç bir ölçüyə sığmayan qanunsuz hərəkətlərindən Allaha və Prezidentə son şikayətini etdi…
“Biləcəri Təmir Quraşdırma” QTSC-nin kollektivi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycanın birinci vitse prezidenti Mehriban xanım Əliyevaya, eləcə də ədliyyə naziri Fikrət Məmmədova, daxili işlər naziri Ramil Usubova silsilə müraciətlər edib. Bu müraciətlər Azərbaycanın ən populyar çap mediasında və saytlarda dərc olunub. Bir sıra dövlət orqanlarından şikayətçi sahibkara qanuni tədbirlər görüləcəyi vəd edilib. Lakin Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin rəisi Nurəddin Mustafayev inadından dönmür, qanunsuz hərəkətlərini davam etdirir.

İcra məmurları niyə gizlən-paç oynayır?

Məsələyə İctimai Nəzarət Koaliysiyasının sədri, tanınmış ictimai xadim Rasim Məmmədov, eləcə də jurnalistlər də qarışıb. Dünən KİV olaraq biz də baş verənlərə aydınlıq gətirilməsi üçün Qaradağ İcra şöbəsində olduq. Şöbənin rəis əvəzi, ədliyyə müşaviri Kamal Əliyevlə görüşmək və şikayətçinin özü və vəkili ilə birlikdə məsələyə aydınlıq gətirmək istədik. Lakin nahar fasiləsinə yarım saat qalsa da, mühafizəçi polis əməkdaşı bizi görəndə rəng alıb, rəng verdi, Kamal Əliyevin qəbul otağına, bəlkə də özünə zəng vurdu. Xeyli müzakirədən sonra polis nəfəri bildirdi ki, rəis idarədə yoxdur… Sonra mübahisəli iş üzrə icra məmuru ilə görüşmək istədiyimizi bildirdik. Yenə də oxşar zəng və cavab belə oldu: «Gözləsinlər, qəbul edəcək».
Gözlədik və təxminən saat 12:45-də cavab gəldi ki, idarə işçiləri nahara gedir, nahardan sonra görüşə bilərik.
Məsələ aydın idi, icra məmurlarının idarənin pəncərələrindən gizlincə bizi seyr etmələri fonunda biz də inadımızdan dönmədik. Axı icra məmuru niyə şikayətçini və ya jurnalistləri qəbul etmək istəmirdi? Döğrudanmı onlar ölkənin qanunlarını, Prezident İlham Əliyevin məmurlara xitabən «Vətəndaşları, sahibkarları incitməyin!» çağrışından bixəbərdirlər?!
Nə isə… Nahardan sonra yenidən Qaradağ İcra şöbəsinə gəldik. Məlum oldu ki, rəis əvəzi Kamal Əliyev, ümumiyyətlə, yoxa çıxıb. Nazim adlı İcra məmuru isə şikayətçini tək qəbul edəcəyini bildirib. Olsun! Qəbul etdi. Açıq şəkildə deyib: «Bu məsələ nə rəislikdir, nə də mənlik, Nurəddin Mustafayev tapşırıb ki, Qaradağ ərazisindəki borular Güzdəyə daşınmalıdır!».
Diqqətli oxucuların nəzərinə çatdırırıq ki, yaranmış problem ölkədə ölçüyə gəlməz məmur özbaşınalığının pik həddidir. “Biləcəri Təmir Quraşdırma” QTSC-nin sədri Nazim Tahirovun Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin rəisi Nurəddin Mustayevə bu gün ünvanladığı müraciətində bu özbaşınalığa tutarlı qiymət verilir. N.Tahirovun müraciətini olduğu kimi təqdim edirik:
Cənab Nurəddin Mustafayev!
İş masanızın üzərində olan məlum mübahisəli işə dair Ali Məhkəmənin 30 iyun 2017-ci il tarixli qərarında (iş № 2-2(102)-252(2017)) konkret olaraq göstərilib ki, “…16 saylı Tİİ Tresti ilə «Cənnət Park» MTK arasında bağlanmış müqavilənin özündə də qeyd edildiyi kimi, müqavilə bağlandığı andan deyil, “Cənnət Park” MTK tərəfindən 2.099.200 manat məbləğində pul vəsaiti nağd olaraq 16 saylı TİİT-yə verildikdən sonra qüvvəyə minməli idi. Hər iki tərəf hüquqi şəxs olduğundan aparılmış bütün əməliyyatlar, o cümlədən böyük məbləğdə pul vəsaitinin borc olaraq başqa müəssisəyə verilməsi ciddi hesabat sənədi hesab edilən kassa məxaric orderi vasitəsilə rəsmiləşdirilməli, bu hər iki müəssisənin mühasibatlıq sənədlərində, hesabatlarında öz əksini tapmalı, mədaxil və məxaric əməliyyatları aparılmalı idi. Qeyd edilən halları təsdiq edən sübutlar olmadığı halda, borc müqaviləsi borcun real olaraq verilməsini təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. İş materiallarından görünür ki, “Cənnət Park” MTK tərəfindən 16 saylı Tİİ Trestinə 2.099.200 manat məbləğində borcun real olaraq verilməsini təsdiq edən, yuxarıda qeyd olunan hallara dair lazımi sübutlar məhkəməyə təqdim edilməmişdir. Bu barədə “MKM-Mənzil Tikinti Kooperativi”nin hüquqi varisi olan “Cənnət Park” MTK-ya sübutlar təqdim edilməsi təklif edilsə də, məhkəməyə bu barədə heç bir sübut təqdim edilməmişdir”.
Bu qərarla mübahisələndirilən həmin borular bizim mülkiyyətimizdir, bunu yaxşı bilirsiniz. Qanunsuz olsa da, Bakı Apellyasiya Məhkəməsinin 02 oktyabr 2018-ci il tarixli qərarının (hakim Kəmalə Abiyeva) qət hissəsində deyilir: «İddiaçı «Cənnət Park» MTK tərəfindən verilmiş iddianın təmini tədbirinə dair ərizəsi qismən təmin edilsin. Cavabdeh “Biləcəri Təmir Quraşdırma” QTSC tərəfindən Bakı şəhəri, Qaradağ rayonu «Sədərək» bazarı yaxınlığında olan ərazidə yerləşdirilmiş, iddianın predmeti olan 1614 ədəd dəmir boruların özgəninkiləşdirilməsinə yönələn hər hansı hərəkətin edilməsi qadağan edilsin. Həmin borular xüsusi mühafizə sahəsində yerləşdirilsin».
Nuraddin Mustafayev, məhkəmənin bu qərarında mülkiyyətimiz olan boruların başqa yerə daşınması deyil, onun xüsusi mühafizə altında saxlanılması yazılıb. Bu cümlələri oxumaq və anlamaq üçün daha nə lazımdır? Siz isə inadkarlıqla tələb qoymusunuz ki, mülkiyyətimiz olan bu borular bizim iştirakımız və xəbərimiz olmadan 3-cü şəxs qismində bu mübahisəyə suni cəlb edilmiş (məqsəd artıq hər kəsə və sizə də yaxşı bəllidir) «Cənnət Park» MTK-nın ərazisinə daşınmalıdır. Hansı ki, boruların 120 ədədi qanunsuz olaraq, sizin məmurların qanunsuz hərəkətlərinin qurbanlığı kimi faktiki oğurlanıbdır. Görünür, Qaradağ rayon İcra Şöbəsinin rəis əvəzi Kamal Əliyevin yaddaşında problemi var. Belə ki, onun özünün imzalayıb möhürlədiyi 17 noyabr 2017-ci il tarixli, №17-65-18188-9 saylı məktubunda özü yazır ki, bizə məxsus olan borular «…1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmənin 2-2(81)-539 saylı 03.03.2017-ci il tarixli qərardadına əsasən, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində xüsusi mühafizə olunan ərazidə saxlanılan 2016 ədəd dəmir boruların üzərinə həbs qoyularaq saxlanc üçün “Biləcəri Təmir Quraşdırma” QTSC-yə təhvil verilmişdir».
Göründüyü kimi, bizə məxsus borular artıq xüsusi mühafizə olunan ərazidə saxlanılır. Elə isə, xüsusi mühafizə olunan ərazidə saxlanılan bu boruların Güzdəyə- «Cənnət Park» MTK-nın ərazisinə daşınmasına nə zərurət var??? Siz bildiyiniz halda ki, məhkəmə qərarının qət hissəsində icra tələbi konkret yazılır. Orada boruların hansısa ünvana daşınması, yaxud «Cənnət park» MTK-ya təhvil verilməsi və s. qeyd edilməyib. Elə isə, məhkəmə qərarında olmayan halların tərəfinizdən icra tələbi olaraq qoyulması nə məqsəd daşıyır? Aranı qarışdırmaqmı, şəxsi məqsəd güdməkmi?
Siz isə, bütün yuxarıda qeyd edilən məhkəmə qərar və ya qərardadlarında göstərilənlərin ziddinə gedərək, tələb qoymusunuz ki, borular 01 noyabr 2018-ci il tarixdə, saat 10:00-da Güzdək ərazisinə daşınacaq! Ola bilərmi ki, bu qədər ictimailəşmiş, böyümüş… bir problemdən Qaradağ rayon İcra Şöbəsinin rəisi Kamal Əliyev sizi düzgün məlumatlandırmasın və qərardadın qət hissəsində göstərilənlərin əksi olan icra tədbirlərini həyata keçirməyə risq etsin?!
Cənab Nurəddin Mustayaev, siz onsuz da bilirsiniz ki, bu borular ən mötəbər sənəd və sübutlarla, məhkəmə qərarları ilə bizə məxsusdur, mülkiyyətimizdir. Ona kimsənin toxunması, ələ keçirməsi, mənimsəməsi mümkün deyildir, əks hərəkətlər qanunsuzluqdur, haramlıqdır! Bilirik ki, siz müqəddəs həcc ziyarətində olmusunuz, yəqin müqəddəs Məkkədə ziyarətdə olarkən və sonralar üzünüzü Allaha tutub Qurana and içib haqsız, insafsız, haram iş tutmayacağınıza and içmisiniz. Üstəlik, yəqinki həccdə olmuş bir müsəlman kimi hər gün 3 dəfə namaz qılır, Allahdan günahınızı bağışlamağı rica edirsiniz.
Cənab Nurəddin Mustafyev, lakin sizin bu son və bizə məxsus əmlakımıza qarşı yönəlmiş düşməncəsinə, müsəlmana yaraşmayan hərəkətlərinizi görəndə o andın və Namazın nə dərəcədə səmimi olduğuna inanmağımız gəlmir. Niyə belə haqsız və ədalətsiz, Allahsız, Quransız… addımlara könül vermisinz?
Yəqin bu cümlələri sizin ailə üzvləriniz, dostlarınız, qohumlarınız… oxuyacaq, onların keçirdiyi hissləri başa düşürük. Görəsən siz onların bu barədə sorğu-suallarına necə cavab verəcəksiniz? Yoxsa, Qurana, Məkkəyə və Allaha and içib deycəksiniz ki, bu məsələlərdən xəbərinz yoxdur?!
Kollektivimizdə müqəddəs torpaqları ziyarət etmiş bir tanınmış din adamı da var. O, artıq bu qərara gəlib ki, hər cümə axşamı sizin mərhum validyenlərin ruhuna quran tapşırıb sizdən onların ruhuna şikayət etsin.
Təbii ki, bu müraciətimi yazarkən dərin təəssüf hissi keçirdim, qəlbimdə çox pis oldum. Amma siz bizə-mülkiyyətinə açıq şəkildə təcavüz edilmiş kollektivə başqa çıxış yolu qoymadınız. İnanırıq ki, göydə Allah, yerdə isə cənab Prezident bu haqsızlığın qarşısını tezliklə alacaq! Çünki bu işdə bizim əsəblərimizlə oynayanları, neçə ildir qızıl kimi vaxtımızı alanları Allaha və Prezidentə tapşırmışıq!!!
Dərin hörmətlə: «Biləcəri Təmir quraşdırma» QTSC-nin mülkiyyət hüququ pozulmuş kollektivi
Redaksiyadan: müraciətdə adı çəkilənləri də dinləməyə hazırıq.
«Nurəddin Mustafayev, sizi göydə Allaha, yerdə isə Prezidentə tapşırmışıq!»
«Nurəddin Mustafayev, sizi göydə Allaha, yerdə isə Prezidentə tapşırmışıq!»
«Nurəddin Mustafayev, sizi göydə Allaha, yerdə isə Prezidentə tapşırmışıq!»
«Nurəddin Mustafayev, sizi göydə Allaha, yerdə isə Prezidentə tapşırmışıq!»


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

16-11-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ