yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

"Facebook səhifəmi özüm idarə edirəm" - Miqrasiya Xidmətinin rəisi

5-10-2018, 14:23 208 dəfə baxılıb

"Facebook səhifəmi yalnız özüm idarə edirəm".

Bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov "ASAN Radio"nun efirində deyib.

O bildirib ki, facebook səhifəsinə gələn sual və müraciətlərin sayı çox olur: "Cavablarım adətən qısa olur. Müraciətlər Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti ilə bağlı olduqda araşdırılması üçün müvafiq şöbəyə yönləndirirəm. Çalışıram ki, heç bir müraciət cavabsız qalmasın. Bəzən müəyyən mesaj və şərhlərə cavab gecikə bilər, amma çalışıram müraciətlərin hamısını cavablandıram. Cavablandırmadığım müraciətlər üçün də üzr istəyirəm, qətiyyən bunu diqqətsizlik hesab etməsinlər, belə hallar iş yükü ilə bağlı olur".

V.Hüseynov xatırladıb ki, o millət vəkili olduğu dövrdə də bütün məlumat və yenilikləri öz sosial media səhifəsində paylaşıb: "İndi də imkan olduqca hesabımda Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti ilə bağlı məlumatlanmanı artırmaq üçün paylaşımlar edirəm. Orda müəyyən bir izləyici kütləsi formalaşıb. Hesab edirəm ki, sosial media vasitəsi ilə məlumatlandırma çox effektiv bir metoddur".


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

16-10-2018


15-10-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ