yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Səfirimiz azərbaycanlılardan erməni nazirə şikayət edib

Səfirimiz azərbaycanlılardan erməni nazirə şikayət edib
25-09-2018, 09:30 532 dəfə baxılıb

Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevlə bağlı redaksiyamıza sensasiya doğuracaq məlumatlar daxil olub. Səfirliyin blankı, Azər Xudiyevin imzası olan məktub heyrət doğurmaya bilmir. Belə ki, cənab səfir Ukraynanın daxili işlər naziri, erməni əsilli Arsen Avakyana məktub ünvanlayaraq ona olan simpatiyasından, hörməti-izzətindən ağız dolusu bəhs edir.

Məktubdan oxuyuruq ki, səfir Azər Xudiyevin bu qədər “dil-ağız” etməsinin səbəbi Avakyanla görüşmək istəyidir. Təkcə görüşməkmi? Bir görüş üçün bu qədər dil tökmək nəyə lazım? Hər halda diplomatik yazışma, protokol da bunu tələb etmir. Əlbəttə ki, yox…

Məktubun ortasında Arsen Avakyan Ukraynada yaşayan tanınmış bir azərbaycanlını şikayət edən Azərbaycanın səfiri onun haqqında ölçü götürülməsini xahiş edir. Şikayət etdiyi adamın guya Azərbaycanın Ukraynadakı səfirliyinin vəsiqəsini gəzdirməkdə, həmin vəsiqədən hansısa yerlərdə (!?) istifadə etməkdə ittiham edən Azər Xudiyev faktiki olaraq bu ölkədə yaşayan soydaşlarımıza qarşı “səlib yürüşü”nə çıxıb.

Əslində erməni Avakyana şikayət olunan azərbaycanlının diplomat olduğu bildirilir. Əgər həqiqətən də (bu barədə araşdırmamız davam edir) səfirin Avakyana “danosladığı” azərbaycanlı həqiqətən də diplomatdırsa, o halda bu adam səfirliyin adından, vəsiqəsindən niyə istifadə etsin ki? Yaxşı, bu adam haqqında niyə Azərbaycan XİN-ə deyil, erməni nazirə şikayət olunsun. Bu etkidirmi?

Əslində A.Xudiyevin şikayət etdiyi təkcə sözügedən məktubda qeyd olunan azərbaycanlı deyil. Cənab səfir başqa azərbaycanlılar haqqında da Ukraynanın hüquq-mühafizə orqanlarına şikayət məktubları göndərib. Bir səfirin işi bundan ibarətdirmi? Prezident Azər Xudiyevi azərbaycanlılara divan tutmaqçünmü Ukraynaya göndərib? Bu nə rəzalət? Axı nə baş verir?

Məsələ ondan ibarətdir ki, Azər Xudiyev Ukraynaya təyin olunandan sonra bu ölkədə yaşayan azərbaycanlıların hakimi-mütləqi olmaq istəyir. Hamı ona itaət etməli, dediyi ilə oturub-durmalı, bir sözlə onun və bir-iki iş bilməz əlaltısının sözündən, hökmündən çıxmamalıdırlar. Bu isə mümkün deyil. Əlbəttə, mümkün olmayanda da zərbə sadə, vətənpərvər azərbaycanlılara dəyir. O azərbaycanlılara ki, illərdir Ukraynada yaşayır, Azərbaycan üçün təmənnasız çalışır, dövlətimizi layiqincə təmsil etməyə çalışırlar.

Mövzunu davam etdirəcəyik. Təsdiq üçün gözlədiyimiz maraqlı video-görüntülər, fotolar, sənədlərdən ibarət faktlar var.

\\istiqlal.az\\
Səfirimiz azərbaycanlılardan erməni nazirə şikayət edib
Səfirimiz azərbaycanlılardan erməni nazirə şikayət edib
Səfirimiz azərbaycanlılardan erməni nazirə şikayət edib


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

15-10-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ