SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Azərbaycanda mollalar maaş alır, ravinlər isə gözünü sədəqə yeşiklərinə dikib - GİLEY

Azərbaycanda mollalar maaş alır, ravinlər isə gözünü sədəqə yeşiklərinə dikib - GİLEY

Tarix:

7-09-2018, 12:11

/ 1 746 dəfə oxundu.
Azərbaycanda mollalar maaş alır, ravinlər isə gözünü sədəqə yeşiklərinə dikib - GİLEY


Azərbaycanda mollalar maaş alır, ravinlər isə gözünü sədəqə yeşiklərinə dikib - GİLEY
Tarix: Bu gün, 11:59 | Çap et
Azərbaycanda mollalar maaş alır, ravinlər isə gözünü sədəqə yeşiklərinə dikib
Azərbaycanda bir müddətdir ki, din xadimlərinə maddi dəstək edilir. Belə ki, artıq məscidlərdəki mütəvəlli, imam naib və imamlar aylıq əmək haqqı alırlar.

Həmçinin, mollaların dini təhsilə malik olmasına da xüsusi önəm verilir.

Bəs digər dinlərin nümayəndələrində vəziyyət necədir?

Məsələn, Azərbaycanda fəaliyyət göstərən sinaqoqlar necə idarə olunur?

Modern.az saytı sinaqoqlardakı ümumi vəziyyəti öyrənməyə çalışıb.

Qubadakı yəhudi sinaqoqunun rəhbəri Yuri Merix saytımıza açıqlamasında deyib ki, sinaqoqda təhsilli ravinin olmasına mütləq diqqət edilir.

“Qubadakı qəsəbədə dini məktəb var. Vaxtilə sinaqoq olub. Sonra oranı söküb məktəb tikiblər. Məktəbdə adət-ənənələrimiz keçirilir. Dövlət məktəbinə gedənlər kiçik yaşlarından yəhudi dinini öyrənir.

Bakıdakı sinaqoqlarda ravinlik edənlər bizim məktəbin uşaqlarıdır. Artıq bizim sinaqoqdakı bəzi ravinlərimizin diplomu var. Əsasən İsrailə gedib orada təhsil alıb bura qayıdırlar. Çünki hər bir ravinin təhsilli və diplomlu olması şərtdir. Çünki ravinlərimizin işi sinaqoqla bitmir. Onlar həm də şagird hazırlaşdırırlar”

Sinaqoq rəhbəri ravinlərin maaş məsələsinə də toxunub.

“Sinaqoqda xidmət edən ravinlər dövlətdən əmək haqqı almır. Bizdə hələ ki belə qayda yoxdur. Sinaqoqdakı ravinlərin dolanışıq yeri bir çox insanları maraqlandırır.

Bizə deyirlər ki, “maaş almırsız, bəs sinaqoqda nə işiniz var?!”. Halbuki, ravinlərin az da olsa gəlir yeri sinaqoqdakı sədəqə yeşiyidir. Sədəqədən çıxan puldan kimə nə qədər düşürsə, onu veririk. Həmçinin qəbiristanlıqda növbə çəkən gözətçilərə də sədəqə pulundan veririk. Amma sinaqoqun təmir olunması üçün dövlət tərəfindən bizə pul ayrılıb. Həmin pulla qəbiristanlığı, sinaqoqları təmir edirik”.

Şərhlər

XƏBƏR LENTİ