SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Bakıda ərəblərdən daha bir gözlənilməz hərəkət - Otelə maşının baqajında getdilər

Bakıda ərəblərdən daha bir gözlənilməz hərəkət - Otelə maşının baqajında getdilər

Tarix:

3-09-2018, 15:34

/ 1 907 dəfə oxundu.
Bakıda ərəblərdən daha bir gözlənilməz hərəkət - Otelə maşının baqajında getdilər

Bakıya gələn ərəblər turistlər yenə qəribə hərəkətləri ilə diqqət çəkiblər.

Ərəblər bu dəfə avtomobilin baqajına miniblər və müəyyən məsafəni baqajda gediblər.

Bu barədə "Qanun” Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu məlumat verib. O, bu gün 2 ərəbin "Mercedes” markalı maşının baqajından düşdüyünü gördüyü qeyd edib: "Qafqaz otelin yanında bir "Mercedes” dayandı. Az qala yerlə süründüyünə görə diqqətimi çəkdi. Maşının içindən 6 nəfər ərəb endi. Sonra sürücü baqajı açdı, oradan da daha 2 ərəb çıxdı”.

Məlumat üçün bildirək ki, bu ərəblərin Azərbaycanda etdikləri ilk qəribə hərəkət deyil. Belə ki, Bakıya gələn ərəb turistlərdən biri günorta saatlarında təbii ehtiyacını "Prado” markalı avtomobilin arxa hissəsinə ödəmişdi. Onun bu hərəkəti tənqid edilmişdi.

Daha sonra isə Şəkiyə gedən ərəb turistlərdən biri məşhur otelin hovuzunu nəcislə batırmışdı. O buna görə 500 manat cərimə ödəmişdi.

Şərhlər

XƏBƏR LENTİ