SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Qaradağın icra başçısına ŞOK İTTİHAM

Qaradağın icra başçısına ŞOK İTTİHAM

Tarix:

12-07-2018, 22:30

/ 1 331 dəfə oxundu.
Qaradağın icra başçısına ŞOK İTTİHAM

"Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılovun ayağında 4 milyon manatlıq büdcə kəsiri var". Bu şok ittiham DİA.AZ-a Nazirləır Kabinetindəki mötəbər mənbədən daxil olan informasiyada yer alıb.

Xəbəri verən qaynaq bildirir: "Süleyman Mikayılov rayonda abadlıq və quruculuq işləri, habelə dəftərxana və Qaradağ RİH-in digər xərcləri adı altında 5 milyon manata yaxın vəsaitin xərclənməsilə bağlı doğru-dürüst hesabat verə bilmədiyindən RİH başçısının əvvəlki rəsmi büdcə hesabatları da müvafiq dövlət qurumları tərəfindən araşdırmaya götürülüb".

Mənbə açıqlamasında bildirir ki, bu, Azərbaycanda ilk dəfə baş verə bilər: "Yəni ilk dəfə olaraq hansısa icra başçısı məhz büdcə vasitlərini mənimsəməsi ittihamı ilə təkcə vəzifəsini yox, həm də azadlığını itirə bilər. Təftiş və araşdırma gedir. Yekun nəticə təbii ki, siyasi iradə tələb etdiyindən "yuxarıların" birbaşa olaraq verəcəyi qərardan asılıdır".

Əlavə bilgilərimiz olacaq. Bizi izləyin. Qarşı tərəfi də dinləməyə hazırıq...

DİA.AZ

Şərhlər

XƏBƏR LENTİ