SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Mikayıl Cabbarova “briliyant” kimi yazı...

Mikayıl Cabbarova “briliyant” kimi yazı...

Tarix:

27-02-2017, 01:04

/ 2 347 dəfə oxundu.
Mikayıl Cabbarova “briliyant” kimi yazı...

2011-ci ildən bu günə kimi universiteti fərqlənmə diplomu ilə bitirən ali təhsilli insanın işsiz qalmasına təccüblənməyin. Azərbaycanda ali təhsilli insanların diplomlarının toz basması adi haldır. Hərdən tozunu silmək, diploma baxıb köks ötürmək, tələbəlik illərini xatırlamaq, səhərə kimi imtahanlara hazırlaşmağın əziyyətinin nə olduğunu təhsil naziri Mikayıl Cabbarovun bəlkə də bilmir. Bəlkə də əksinə nə zamansa bilib, amma indi nazir olduqdan sonra unudub.
Bu günlərdə nazirliyə qanunsuz olaraq işdən çıxarıldığıma bir arqumentli əsas tapmaq üçün etdiyim müraciətin məntiqsiz cavabı da məni təccübləndirmədi. Bundan yaxşı cavab almayacağımı elə müraciəti yazanda bilirdim. Sadəcə, türklər demiş, bir dənədim ki, bəlkə də…
Azərbaycanda o qədər o bəlkələr var ki, adam bəlkələr içərində boğulur. Adam açıq şəkildə deyir ki, bizdə fərqlənmə diplomu olan adamlara iş yoxdur. Bax bu əla söhbətdir. Sizdə peşə məktəbini bitirən adama isə direktor direktor müavini işi var. Mən artıq peşə məktəbi oxumaq barədə qərar vermişəm. Ki, bəlkə iş tapdım…
Bir az da dərinə gedib əzəmətli olmayan Mikayıl Cabbarovun əzəmətli danışan peşə təhsilli işçisinin dediklərini bir qədər incələyək. Əslində Təhsil nazirliyinin işini lap dərindən silkələyib içini tökə bilərəm Buna savadım da yetir, təhsilim də. Amma qoy onların peşə təfəkkürü ilə anladım ki başa düşsünlər. Ümumiyyətlə, nazirliyinin əməkdaşının vakansiya ilə bağlı arqumentləri gülməlidir. Normal rəqabət olan bir qurum olsaydı savadlı kadr heç vaxt diqqətdən kənarda qalmazdı.
Bu gün ölkənin şəhər və rayonlarında biologiya müəlliməsinə ehtiyac yoxdursa əcaba ADPU-nun biologiya fakultəsini niyə hər il ən azı 100 məzun bitirir? Eləcə də digər fənnlər. Hələ mən digər ali təhsil ocaqlarını bitirən işsizlər ordusunu demirəm. Axı Neft Akademiyası məzunu da, Texniki universitet məzunu da potensial fizika və ya kimya müəllimidir.
Daha bir rəzalət dolu fakt. Təhsil Nazirliyi öz möhür və imzası ilə təsdiq etdiyi diplomlara inanmır, yenidən imtahan keçirir. Dünyada bunun kimi gülünc hal yoxdur. Universiteti bitirən, nazirin möhürlü diplomunu alan adama yenidən imtahan verdirirlər. Tələbənin dövlət imtahanı və diplom müdafiəsi Təhsil Nazirliyini qane etmirsə niyə diplom verir? Yox öz imza möhürü ilə təsdiq etdiyi diploma inanırsa o zaman müəllimləri işə niyə imtahanla götürür? Təkcə imtahanla da bitmir bu məsələ. İmtahan verəndən sonra müsahibə, psixoloji yoxlamalar və s. Anlamıram məgər bütün bunlar ali təhsil müəssisələrində tədris edilmir ki? Məgər müəllim imtahanına gələnlər evdə oxuyub hazırlaşıblar? Və yaxud istənilən ixtisaslı və ya ixtisassız kadr təkcə müəllim imtahanı sualları ilə hazırlaşıb imtahan verə bilər? Bəlkə bu müəllim imtahanını ayrıca kurs kimi tədris edən hazırlıq kurslarına pul qazandırmaq üçündür?
Təhsil Nazirliyinin imtahan komediyası gərçəkdən dövlət büdcəsindən pul silməyə hesablanmış “ilahi komediya”dır. Başqa sözlə desək millətin gələcəyinə qara kölgə salan faciədir. Mikayıl Cabbarova sadə bir sualım var. TQDK və ya indiki DİK-nin verdiyi statistik məlumatlara əsaslansaq görərik ki, hər il qəbula gələn abituriyentlərin savad faizi aşağı düşür. Sizcə bu sualların çətinliyindən irəli gələn problemdir? Əsla elə deyil. Bu problemin kökü məhz “imtahanla işə götürülmüş” müəllimlərin verdiyi yarıtmaz təhsilin nəticəsidir. Axı məntiqlə düşünsək müəllim attestasiya imtahanından keçməzsə dərs demək hüququndan məhrum olunmalıdır. Amma imtahandan aşağı bal toplamış müəllimlərin imtahan vərəqini və ya eləcə bal cədvəlini hansısa sehrli əl dəyişir. Təbii ki, “fövqəl əl” irəli çıxır, kimyəvi nə bilim nə reaksiyası baş verir və baş verir…
İndi gələk bayaqdan vermək istədiyim suala. Axı bu imtahan komediyası kimə lazımdır? Şagirdlərə? Müəllimlərə? Ya onsuz da iqtisadi böhrandan az itki ilə çıxmağa çalışan dövlət büdcəsinə?
Təhsil Nazirliyinin elektron poçtuna gün ərzində yüzlərlə şikayət məktubu gəlir. Bunu ona görə əminliklə deyirəm ki, o məktubların təxminən yarısı dövri mətbuatda dərc edilir. Bu şikayətləri mətbuata verən Təhsil Nazirliyinin mətbuat xidməti deyil. Bu şikayətlər cana doymuş valideynlər, müəllimlər tərəfindən mətbuata verilir. Nəticəsi nə olur? Yazılar ya xahiş minnətlə sildirilir, ya da laqeydliklə göz yumulur. İşıqlandırılan problemlər isə olduğu kimi göz deşir. Təəssüf ki, bunu ancaq biz görə bilirik. Mikayıl Cabbarovla nazirliyi hüquq məsləhətxanasına çevirən müavinləri görə bilmir.
Məncə nəinki qızıl, lap elə “briliant” kimi söz xırdaladım.
Briliant demişkən yadıma ötən gün oxuduğum bir xəbər düşdü. Dünya bazarında qara briliantın qiyməti qalxıb. Sözdü də dedim, Mikayıl Cabbarov…

bizimxeber.az

Şərhlər

XƏBƏR LENTİ