SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Gömrük generalı Vüsal Növruzov işdən çıxarılıb? – bitməyən məzuniyyət, gətrilən bəhanələr

Gömrük generalı Vüsal Növruzov işdən çıxarılıb? – bitməyən məzuniyyət, gətrilən bəhanələr

Tarix:

7-05-2018, 11:57

/ 2 585 dəfə oxundu.
Gömrük generalı Vüsal Növruzov işdən çıxarılıb? – bitməyən məzuniyyət, gətrilən bəhanələr

Gömrük Komitəsində struktur və kadr islahatları olacaq. Bunu Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev keçirdiyi müşavirədə bildirib. Yeni rəhbərin bu cür açıqlaması müşavirədə iştirak edən biir neçə vəzifə sahibində narahatlıq yaradıb. Məlumata görə, bu açıqlamadan ən çox narahat olan Bakı Baş Gömrük İdarəsinin rəhbəri general Vüsal Növruzov olub. Mənbənin bildirdiyinə görə, bir neçə il idi ki, Dövlət Gömrük Komitəsinin sədr olmaq istəyən V. Novruzov hətta bunun üçün pul gücünə tərəf etdiyi mediada belə əlindən gələni edib. Amma sonucda istəyinə çatmadı. Həmin posta S.Mehdiyevin təyinatı onun illərdi zəhmətini hədər etdi. Yəni böyüklərin son qərarı S. Mehdiyev oldu. Buda generallar arasında növbəti rəqabətə aparıb çıxara bilər. Əslində hər iki general Kamaləddin Heydərovun güvəndiyi şəxslərdir. Vaxtı ilə generallardan biri sürücüsü digəri isə nazirin biznesindən sorumlu olub. Və hər iki generalın ucalmasında hörmətli nazir böyük əmək sahibidir.

Ərizəsi alınb məzuniyyətə göndərilən sabiq idarə rəhbəri

Qalmaqallarda, jurnalistləri təhtitdə, aksizsiz siqaretlərin və mənşəyi məlum olmayan dərmanların ölkəyə gətirilməsində, qumarda və.sairə iddialarda adı hallanan Vüsal Novruzova böyük əmək sərf edən nazir, ona yox Səfər Mehdiyevə terəf oldu. Buda V. Novruzovun yolun sonuna gəldiyini xəbər verir.
İddiaya görə, gömrük generalı aksizsiz siqaret ticarətində keçirilən əməliyyatda özünü “yandırıb” və hədəfə çevrilib. Həmin siqaretlərin dövriyyədən çıxarılması üçün müvafiq qurumlar müəyyən əməliyyat-axtarış tədbirləri keçirərkən onların qarşısına çıxan Vüsal Novruzov “məni tanımırsınız, bilmirsiniz kiməm?” desə də, hüquq-mühafizə orqanalarının əməkdaşları onu da şübhəli şəxs kimi Baş idarəyə aparılması onun çılğın və yarıtmaz idarəçi olduğunu ortaya çıxarıb. Bütün bu səbəblər nəticəni geciktirməyib. Onun üçün də “güc sahibi” S. Mehtiyevə tərəf olub. Və Novruzovu “vurulması” üçün onun qarşısına atıb. Dövlət Gömrük Komitəsinin sədrinin də müşavirədə yaxın günlərdə kadr dəyişkənlikləri olacağını, gömrükdə nöqsanlara yol verənlər cəzalanacaq deyə, ciddi bəyanat verməsi heç də səbəbsiz deyil – mənbəmiz belə iddia edib.
Bundan başqa mənbə, Vüsal Növruzovun səlahiyyətlərinin artıq dondurulduğunu, neçə vaxtı məzuniyyət adıyla içdən uzaqlaşdırılan generalın ərizəsinin alındığını da bildirib…

Qarşı tərəfidə dinləməyə hazırıq.

Paytaxt.org

Şərhlər

XƏBƏR LENTİ