yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Yeni nazir təyinatı Elşad İskəndərovun da işinə yaradı... - Fətullah Gülənə görə hədəfdə idi...

Yeni nazir təyinatı Elşad İskəndərovun da işinə yaradı... - Fətullah Gülənə görə hədəfdə idi...
24-04-2018, 09:38 421 dəfə baxılıb

Hökumətin tərkibinin yenidən formalaşdırılması Bayramovlar ailəsinin statusunu daha da yüksəltdi.
Prezident İlham Əliyev dünən Ceyhun Əziz oğlu Bayramovun təhsil naziri təyin edilməsi haqqında sərəncam imzalayıb.
İxtisasca iqtisadçı və hüquqşünas olan Bayramov Mikayıl Cabbarovun təhsil naziri postuna gətirilməsindən sonra prezidentin sərəncamı ilə 2013-cü il avqustun 12-də onun müavini təyin olunub.
Mikayıl Cabbarov 2017-ci il dekabrın 5-də vergilər naziri təyin olunduqdan sonra təhsil nazirinin səlahiyyətləri məhz Bayramova həvalə olunub.
Maraqlıdır ki, Bayramov öz ailə üzvləri arasında hökumətdə təmsil olunan yeganə kadr deyil. Onun özündən böyük qardaşı Azər Bayramov 2004-cü ildən etibarən, maliyyə nazirinin müavini vəzifəsini tutur. Onun nazir olacağı gözlənilirdi, şans qardaşına güldü.
Qeyd edək ki, Ceyhun Bayramov həm də 2012-14-cü illərdə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərovun yeznəsidir. DİA.AZ xatırladır ki, zamanında Elşad İskəndərov mediada "nurçu" kimi yetərincə hədəfə çevrilib və hətta onun hazırda Pensilvaniyaya sığınan və Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunan Fətullah Gülənə pullar ötürməsi faktı da yerli medianın yazdıqlarından olub. İndi isə görünəni odur ki, hazırda Elşad İskəndərovun yenidən pardaxlanmasında Bayramov qardaşlarının rolu müstəsna dərəcədədir. Ən azından görünəni budur. Həm də aydın olur ki, Bayramov qardaşlarının bu "çiçəklənməsi" İskəndərovun da önündə "yaşıl işıq" effektindədir. Yəni bundan sonra artıq zirvələrə doğru yön ala bilər. Yəqin artıq İskəndərovun Fətullah hoca ilə əlaqələri kimsəni maraqlandırmır və yaxud da bu ittihamlar sadəcə olara həmin dönəm üçün aktual olduğundan əhəmiyyətini itirib.
Biri nazir, digəri isə nazir müavini olan Bayramov qardaşlarına gəlincə isə, onların hökumətin tərkibində birgə təmsilçiyinin nə qədər davam edəcəyini isə zaman göstərəcək. Necə ki bu zaman həm də Elşad İskəndərovun bundan sonra hansı pillələrə daşınacağını da ortaya çıxarmış olacaq.

DİA.AZ


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

13-07-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ