XalqXəbər.Az

Prezidentin təltifi generala təqdim olundu

yüklənir...
Prezidentin təltifi generala təqdim olundu
1-02-2018, 13:10
yüklənir...

Böyük Vətən müharibəsi veteranı, Respublika Veteranlar Təşkilatının sədri, general-polkovnik Tofiq Ağahüseynovun 95 illik yubileyi ilə əlaqədar dövlət başçısının Sərəncamı ilə təltif edildiyi “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”nun fevralın 1-də yubilyara təqdim olunması mərasimi keçirilib.

Tədbirdə Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Respublika Veteranlar Təşkilatının rəhbərliyi, veteranlar, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Əli Həsənov fəxri diplomu Tofiq Ağahüseynova təqdim edib.

Mərasimdə çıxış edən Ə. Həsənov Tofiq Ağahüseynovun Azərbaycanda ordu quruculuğu və Silahlı Qüvvələrimizin inkişafındakı xidmətlərindən danışıb. Prezidentin köməkçisi general-polkovnikin respublikamızda veteran hərəkətinin inkişafına, veteranların hüquq və mənafelərinin təminatına, onların sosial müdafiəsinə mühüm töhfələrini qeyd edib.
скачать dle 10.6фильмы бесплатно

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.