SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Sələmçi qadın hakimlərə “pul buraxır” ?

Sələmçi qadın hakimlərə “pul buraxır” ?

Tarix:

18-05-2016, 13:32

/ 2 385 dəfə oxundu.
Sələmçi qadın hakimlərə “pul buraxır” ?

Mayın 18-də Kafkaznews.az saytında “Sələmçi qadın notariusa böhtan atır?” başlıqlı yazı dərc olunmuşdu. Yazıda qeyd olunurdu ki,bu günlərdə bizə Cəlilabad sakini Nadir Zeynalov müraciət edib. O, Fatma Yolçiyeva adlı sələmçi qadının çevirdiyi fırıldağın qurbanı olduğunu bildirib. Zeynalov Nadir Hüseyn oğlundan savayı, redaksiyamıza iş adamı Sudef Məcidov müraciət etdi. “2011-ci ildə mənə böyük məbləğdə pul lazım olduğuna görə, borc axtarırdım. Bu vaxt Fatma Məhəmməd qızı Yolçiyeva ilə tanış oldum. O, mənə lazım olan 200 min manatı aylıq 7,5 faizlə verəcəyini, əvəzində isə girov qoyulmasının lazım gəldiyini bildirdi. Beləliklə, Nəsimi rayonu Hüseynbala Əliyev küçəsi 15 ünvanında yerləşən 180 kvadrat metrlik mağazamı Yolçiyeva Fatma girov adı ilə aldadaraq ələ keçirdi. 2011-ci ilin sonunda Fatma Yolçiyeva məni 9 saylı notariat kontoruna apardı, mənə alqı-satqı sənədləri imzalatdıraraq bildirdi ki, “biz alqı-satqı etsək də, əslində bu girovdur, borcu qaytaranda mağazanı da qaytaracam”. F.Yolçiyeva mənə verdiyi 200 min manat sələmdən dərhal 30 min manatı alıb və bunu 2 ayın faizinə hesabladığını deyib. Mən F.Yolçiyevaya 200 min manatın 7,5 faizi hesabı ilə hər ay 15 min manat pul verməliydim. Fatma Yolçiyevaya ilk gündəki 30 min manatdan əlavə, sonrakı iki ayda daha 30 min pul vermişəm”, – deyə S.Məcidov qeyd edib.
O, 2012-ci ilin aprelin 12-də şərlənərək həbs olunduğunu və həbsdə olduğu vaxta Fatmaya pul ödəməyə imkanı çatmadığını deyib. “F.Yolçiyeva bu müddətdə mənim obyektini tam ələ keçirərək,başqalarına icarəyə verir və hər ay 14 min manata yaxın pul qazanır. Mənim mağazamın iki milyon beş yüz min qiyməti olsa da, o obyekt Yolçiyeva Fatma tərəfindən ona 200 min manat faizə borc verilməklə ələ keçirilib. 2016-cı il martın 28-də həbsdən azad olundum. Fatma Yolçiyeva ilə borc hesabını bağlamaq və mülkiyyətimi geri qaytarmaq istəsəm də, bu, baş tutmadı. Dörd il içində mənim obyektimin icarəsindən 500 min manata yaxın gəlir götürüb.
Fatma9-1-1Fatma Yolçiyeva ilə borclarımı bağlamaq istədim, amma o, indi məndən 200 min manat və əlavə 650 min manat faiz də olmaqla, ümumilikdə 850 min manat pul tələb edir. Mən hiddətlə soruşdum ki, niyə 850 min manat ödəməliyəm? O dedi ki, mən həbsdə obyekti əldə saxlamaq üçün müxtəlif yerlərə rüşvət verib. O, Ali Məhkəməyə 100 min, Nəsimi Rayon Məhkəməsinə 50 min, Konstitusiya Məhkəməsinə 50 min, Plenuma 50 min və digər instansiyalara rüşvət verdiyini dedi. ”, – deyə S.Məcidov əlavə edib.
Sudef Məcidov redaksiyamıza Fatma Yolçiyeva ilə söhbətinin videosunu təqdim edib. Həmin videogörüntülərdə F.Yolçuyeva etiraf edir ki, həqiqətən də Sudef Məcidova sələmə pul verib, sonra obyekti öz adına keçirib. Həmçinin, Fatma Yolçiyeva bu obyekti əlində saxlamaq üçün müxtəlif instansiyalara, o cümlədən Konstitusiya Məhkəməsi, Ali Məhkəməyə və adıkeçən Laçın Mustafayevə rüşvət verdiyini də videogörüntülərdə etiraf edir.
Sözardı: Sudef Məcidovun sözlərinə görə, Nadir Zeynalovla olduğu kimi, Sudef Məcidov da obyektinin alqı-satqı müqaviləsinin 9 saylı Notariat Kontorunda rəsmiləşdiyini deyib. Biz araşdırmamızı davam etdirərək, bu kontorla Fatma Yolçiyevanın əlaqəsini öyrənməyə çalışacağıq.

Kavkaznews.az
Sələmçi qadın hakimlərə “pul buraxır” ?
Sələmçi qadın hakimlərə “pul buraxır” ?
Sələmçi qadın hakimlərə “pul buraxır” ?

Şərhlər

XƏBƏR LENTİ