yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

"Qusarın polis rəisi cinayət başında yaxalandı və…" sərlövhəli yazıya cavab

27-12-2017, 16:13 265 dəfə baxılıb

Bəzi xəbər saytlarında Qusar RPŞ-nin rəhbərliyi haqqında əsassız və böhtan xarakterli iddialar və meşə gözətçis Səbuhi Nurəddin oğlu Abdullayevin guya polis əməkdaşları tərəfindən döyülməsi və nəticədə aldığı xəsarətlərdən vəfat etməsi haqqında dərc olunan xəbərlər əsassızdır və həqiqəti əks etdirmir.
İlk öncə meşə gözətçisi S.Abdullayev haqqında yayılan məlumata aydınlıq gətirərək bildirirəm ki, iş başında olarkən onun Qusar RPŞ-nin Ədalət və Əsman adlı iki əməkdaşı tərəfindən vəhşicəsinə döyülərək huşsuz halda meşəyə atılmağını, köməksiz halda tapılaraq rayon xəstəxanasına yerləşdiriliməsini və vəfat etməsi tamamilə əsassızdır və həqiqəti əks etdirmir. Bildirirəm ki, S.Abdullayev sağlamdır və hal-hazırda öz evindədir. Onun iki polis əməkdaşı tərəfindən döyülməsi faktına gəldikdə isə həmin məlumatın yoxlanılması məqsədi ilə DİN-in müvafiq qurumları və rayon prokurorluğu tərəfindən araşdırmalar aparılıb və məhkəmə-tibbi ekspertizasının 14.10.2017-ci il tarixli rəyinə və digər toplanmış materiallara əsasən müəyyən edilmişdir ki, S.Abdullayevə qarşı Qusar RPŞ-nin əməkdaşları Ədalət Vəliyev və Esman Qədimov tərəfindən hər hansı fiziki zor tətbiq edilməmiş, o yıxılaraq xəsarətlər almışdır.
Qaldı ki, meşə zolağında aparılan qazıntı işləri barəsində qeyd olunanların guya RPŞ-nin rəisi polis polkovniki Zaur Bədəlovun göstərişi ilə aparılmasına bu da cəfəngiyyatdan başqa bir şey deyil. Sözü gedən torpaq sahəsi Qusar rayonunun Bələdiyyəsi hüdudları daxilində olmaqla Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən bələdiyyə mülkiyyəti kimi tanınıb və hazırda bir nəfər vətəndaşın mülkiyyətindədir. Beləliklə, meşə zolağına polis tərəfindən hər hansı ziyan vurulmasından söhbət belə gedə bilməz.

DİN Mətbuat Xidmətinə bilavasitə tabe olan Quba rayonunda Regional qrupun Baş inspektoru
polis leytenantı
Nizam Həmidov

Xalqxeber.Az


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: cavab, Qusarin, ve, yaxalandi, bashinda, serlovheli, polis, yaziya, reisi, cinayet
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

19-01-2018

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ