SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Vanqadan 2018-ci il il üçün təəccüblü proqnozlar

Vanqadan 2018-ci il il üçün təəccüblü proqnozlar

Tarix:

25-12-2017, 10:36

/ 2 002 dəfə oxundu.
Vanqadan 2018-ci il il üçün təəccüblü proqnozlar

Bolqarıstanda yaşayan və proqnozları ilə ölümündən sonra belə danışılmağa davam edən Vanqanın 2018-ci il üçün təxminləri beynəlxalq mətbuatın gündəminə gəlib.

İngiltərənin çox satılan qəzetlərindən The Sun, Vanqanın qarşıdan gələn it ili üçün iki önəmli proqnoz verdiyini qeyd edib.

Balkanların Nostradamusunun 2018-ci il üçün proqnozları isə xeyli təəccüblü və reallaşma ehtimalı yüksəkdir.

Vanqanın 2018 üçün ilk proqnozu Çin ilə əlaqədardır. O, Çinin ABŞ-ı keçərək Dünyanın “Yeni super gücü” olacağını iddia edib.

Onun ikinci proqnozu isə kosmosla bağlı olub. Ekspertlərə görə Vanqa 2018-ci ildə Venera ilə bağlı bir hadisə baş verəcəyini bildirib. Venerada yeni bir enerji növünün kəşf ediləcəyini nəzərdə tutan Vanqanın bu proqnozunun də gerçəkləşmə ehtimalı var.

The Sun-da yer alan xəbərə görə, günəş ətrafındakı maqnetik sahənin strukturunu araşdırmağı qarşısına məqsəd qoyan mütəxəssislər burada yeni bir kəşf etməyi ümid edirlər.

Şərhlər

XƏBƏR LENTİ