yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Nərimanovda “Narkotiklərsiz gələcəyə doğru” mövzusunda tədbir

Nərimanovda “Narkotiklərsiz gələcəyə doğru” mövzusunda tədbir
30-11-2017, 12:43 200 dəfə baxılıb

Nərimanov Rayon İcra Hakimiyyətində “Narkotiklərsiz gələcəyə doğru” mövzusunda tədbir keçirilib. İH-dən daxil olan məlumata görə, ali, orta-ixtisas və ümumtəhsil müəssisələrinin tələbə, şagird və müəllim kollektivinin iştirakı ilə keçirilən tədbirdə Narkomanlığa və Narkotik vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Üzrə Komissiyasının Dövlət Komissiyasının İşçi Qrupunun rəhbərinin müavini Vasif Quliyev, Respublika Narkoloji Mərkəzinin həkim-narkoloqu, yazıçı Asif Kəngərli, Nərimanov rayon Ağsaqqallar Şurasının sədri Miri Həsənov, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkim-metodisti Şəhla Mirzəzadə, Narkomanlığa və Narkotik vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Üzrə rayon Komissiyasının üzvləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini, Narkomanlığa və Narkotik vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Üzrə Komissiyasının sədri İradə Mahmudova narkomaniyanın bütün dünyanı narahat edən problemlərdən biri olduğunu qeyd edərək, narkotik vasitələrə aludəçiliyin cinayətkarlığa, zorakılığa və digər neqativ hallara mühid yaratdığını məhsuldar qüvvələrin inkişafına mənfi təsir göstərdiyini, gəncləri sosial-iqtisadi və siyasi proseslərdən uzaqlaşdırmasına, ailələrin dağılmasına səbəb olduğu barədə məlumat verib.

Respublika Narkoloji Mərkəzinin həkim-narkoloqu, yazıçı Asif Kəngərli, Nərimanov rayon Ağsaqqallar Şurasının sədri Miri Həsənov, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkim-metodisti Şəhla Mirzəzadə öz çıxışlarında uşaq və gənclərə narkotik və psixotrop maddələr, onların dövriyyəsi, xüsusən son vaxtlar məktəblilər arasında geniş yayılaraq daha təhlükəli hal alması barədə ətraflı məlumat vermiş, slaydlar göstərilib.
Nərimanovda “Narkotiklərsiz gələcəyə doğru” mövzusunda tədbir
Nərimanovda “Narkotiklərsiz gələcəyə doğru” mövzusunda tədbir


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: movzusunda, geleceye, dogru, tedbir, Narkotiklersiz, Nerimanovda
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

22-06-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ