yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

İcra başçılarına son şans: - İstefa siyahısı hazırlanır

İcra başçılarına son şans: - İstefa siyahısı hazırlanır
8-09-2017, 17:20 106 216 dəfə baxılıb
yüklənir...

Azərbaycan iqtisadiyyatının böyük hissəsini neft gəlirləri təşkil edir. Manatın devalvasiyasından sonra ölkədə qeyri-neft sektorunun inkişafına dair tədbirlər planı hazırlandı və xüsusilə də kənd təsərrüfatına yararlı rayonların başçılarına bununla bağlı tapşırıqlar verildi. Xüsusilə, pambıqçılığın, üzümçülüyün və digər ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafına dair işlər görüldü. Ancaq bu sahədə kifayət qədər axsamalar var. Yarıtmaz fəaliyyətləri ilə hər zaman diqqəti öz üzərinə çəkən icra başçıları bu sahədə də səriştəsizliklərini büruzə verdilər. Ehtimal olunur ki, vəzifəsinin öhdəsindən gələ, öhdəlikləri yerinə yetirə bilməyən icra başçıları vəzifələrini itirəcəklər.

Əslində bəzi rayonların İcra hakimiyyətlərinin başçıları ilə bağlı tənqidlər onsuz da səslənirdi. Regionlarda özbaşınalıq, qanunsuzluq, bəzi hallarda vəzifə səlahiyyətlərini aşma əhalinin ciddi etirazına səbəb olur. Digər tərəfdən dövlət büdcəsindən ayrılan vəsaitlərin səmərəsiz xərclənməsi, mənimsənilməsi faktları da icra başçılarının nüfuzuna ağır zərbə vurdu. Bir müddət öncə Hesablama Palatasının büdcə vəsaitlərinin aidiyyatı üzrə xərclənməsi üçün apardığı yoxlamalarda 14 İcra hakimiyyətində külli miqdarda yeyinti faktları qeydə alındı. Dövlət vəsaitini mənimsəyən icra başçıları isə cəzalandırılmayıb. Ehtimal olunur ki, onlara son dəfə xəbərdarlıq edilib və ciddi tapşırıqlar verilib. Ekspertlər hesab edir ki, bu dəfə aparılacaq yoxlamalar daha ciddi olacaq və nöqsan aşkarlanan qurumların başçıları istefaya göndəriləcək. Təbii ki, bu gün əsas diqqət qeyri-neft sektorunun inkişafına yönəlib. Məhsul istehsalı regionların potensialına uyğun olaraq hesablanıb.

Ekspertlər hesab edir ki, icra hakimiyyətlərinə ciddi nəzarət mexanizmi olmalıdır. Uzun illərdir nəzarətsiz şəkildə fəaliyyət göstərən icra hakimiyyətləri belə demək mümkündürsə, “regionlarda” at oynadıblar. Əslində bu tip qurumların nəzarətdə saxlanılması üçün ən sadə yol ictimai nəzarət mexanizminin yaradılmasıdır. İctimai nəzarət mexanizmi nə qədər güclü olarsa, icra qurumlarının fəaliyyəti də bir o, qədər şəffaf olar. Ancaq təəssüf ki, hələ Azərbaycan reallığında belə bir mexanizm yoxdur.

Cəzasızlıq mühitində isə inkişafdan danışmaq yersizdir. Korrupsiya, dövlət vəsaitinin mənimsənilməsi onsuz da böhran keçirən ölkənin durumunu daha da ağırlaşdırır. Bu baxımdan hökumət qeyri-neft sektorunun inkişafına diqqət göstərir. Son 2 il ərzində qeyri-neft sektorunun inkişafı üçün regionlara dövlət büdcəsindən kifayət qədər vəsait ayrılıb. Bu vəsaitlərin aidiyyatı üzrə xərclənməsi ölkənin iqtisadi durumunu müəyyən qədər yaxşılaşdıra bilər. Bu baxımdan hökumətin icra başçılarından tələbi anlaşılandır. Məlumatlara görə bununla bağlı artıq icra başçılarına aidiyyatı üzrə xəbərdarlıqlar da edilib.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: cra, siyahisi, , hazirlanir, bashchilarina, son, stefa, shans
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

22-09-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ