yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Cavid Qurbanov ev paylayır – Baş dəmiryolçu bir qrup jurnalistə ev bağışladı!

Cavid Qurbanov ev paylayır – Baş dəmiryolçu bir qrup jurnalistə ev bağışladı!
6-09-2017, 15:02 54 350 dəfə baxılıb

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (ADY) sədri, Azərbaycan Milli Məclisinin deputatı Cavid Qurbanov bugünlərdə bir qrup jurnalistə Bakıda ev bağışlayıb.

Xalqxeber.Az xəbər verir ki, bu barədə məlumatı “AzPolitika.info” saytı yayıb.

Saytın yazdığına görə, Cavid Qurbanov bu ilin iyul ayında Prezident İlham Əliyevin sərəncamı əsasında mətbuat işçiləri üçün tikilən 2-ci binada mənzillərin bölgüsü zamanı kənarda qalmış, mənzil sahibi ola bilməmiş bir qrup jurnalisti mükafatlandırıb.

C.Qurbanov hesab edib ki, bölgü zamanı bu jurnalistlərə qarşı haqsızlıq edilib. Üstəlik, əslən Kəlbəcərdən olan bu jurnalistlər haqsızlığa məhz ona görə məruz qalıblar ki, ADY sədri ilə yaxın münasibətlərdə olublar…

Məlumatda həmçinin o da qeyd olunur ki, ADY sədri, müəyyən səbəblərdən adlarını çəkmək istəmədiyimiz jurnalistlərə şəhərin prestijli bölgələrində yeni tikilmiş binalardan mənzillər bağışlayıb.

Xatırlatmaq yerinə düşər ki, C.Qurbanovdan əvvəl Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov da mətbuat işçiləri üçün tikilmiş binadan ev ala bilməyən bir jurnalistə (Azərtac-ın Naxçıvan MR üzrə müxbiri Rauf Kəngərliyə-red.) ​Naxçıvan şəhərindən 3 otaqlı mənzil bağışlamışdı.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: ev, Qurbanov, Cavid, Bash, demiryolchu, qrup, bagishladi, bir, paylayir, ev, jurnaliste
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

17-11-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ