SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Sabirabadın yol polisi üçün qanun arxa plandadır-ŞİKAYƏT+FOTO

Sabirabadın yol polisi üçün qanun arxa plandadır-ŞİKAYƏT+FOTO

Tarix:

4-07-2017, 14:12

/ 81 233 dəfə oxundu.
Sabirabadın yol polisi üçün qanun arxa plandadır-ŞİKAYƏT+FOTO

Sabirabad rayon sakini tərəfindən xalqxeber.az-a şikayət məktubu daxil olub. Həmin şikayəti olduğu kimi sizlərə təqdim edirik:

xalqxeber.az redaksiyası: Sabirabadın yol polisi üçün qanun arxa plandadır. Bircə dəfə Sabirabada gələn qonaq bunun canlı şahidi ola bilər. Sınıq-salxaq juqililər və sürücülük vəsiqəsi olmayanlar oyun çıxarır. Sağdan, soldan “avqona” keçirlər. Kefləri istəyəndə yolun ortasında belə dayanırlar. Bir də görürsən yol polislərilə yarışa giriblər. Çünki polis özləri demişkən belələrindən dolanırlar. Hər gün taksıvatlıq edən həminlərdən 5 manat alırlar. Son vaxtlar “xalturişiklərin” dili ilə desək polis mundiri daşıyanlar vergini qaldırıblar. 10 manata çatdırblar. Sürücülər deyinəndə də deyirlər ki, hər şeyin qiyməti qalxıb biz niyə qaldırmayaq. Xərac yığmaq işinə isə əslən Gəncəli olan 128 nömrəli BMV-nin serjantı Qafarov Qurban Dövlət oğlu başçılıq edir. Təki ona pul olsun. Qadağan olunan yerlərdə də maşın saxlamaq olar. Əgər tanımadığı bir avtomobil gəlib orda dayansa mütləq 20 manat ödəməlidir. Ya aylığa otur, ya da rəsmi cərimə olunmalısan.

Hörmətlə: Abdulla Musa

xalqxeber.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq

Sabirabadın yol polisi üçün qanun arxa plandadır-ŞİKAYƏT+FOTO
Sabirabadın yol polisi üçün qanun arxa plandadır-ŞİKAYƏT+FOTO
Sabirabadın yol polisi üçün qanun arxa plandadır-ŞİKAYƏT+FOTO
Sabirabadın yol polisi üçün qanun arxa plandadır-ŞİKAYƏT+FOTO

Şərhlər

XƏBƏR LENTİ