yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Göycay rayon Melioservis idarəsindən şikayət

Göycay rayon Melioservis idarəsindən şikayət
24-01-2017, 13:35 655 dəfə baxılıb

Bu gün Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nəzdində 23 melioservis idarəsi fəaliyyət göstərir. Melioservis idarələri müqavilə əsasında Səhmdar Cəmiyyətinin təşkilatlarına, fermerlərə, digər torpaq sahibkarlarına melioservis xidməti göstərir, müxtəlif növlü torpaq işləri görür, çaylarda sel və daşqınlara qarşı mübarizə tədbirlərini və digər təmir işlərini həyata keçirirlər. Təbii ki, bu funksiyaların icrası rayonlarımızda kənd təsərrüfatının inkişafı baxımından böyük əhəmiyyət kəsb edir.

Lakin təssüflər olsun ki, bu idarələrə rəhbərlik edən şəxslərin heç də hamısı qarşıda duran vəzifələrin əhəmiyyətini düzgün qiymətləndirmirlər. Bu xüsusda daxil olan məlumatlarda Göycay rayon Melioservis idarəsinin fəaliyyətində yer almış ciddi nöqsanlardan bəhs olunur. Göycayın iqlim şəraiti daha çox yağmurlu olduğundan, burada çaylarda tez-tez sellər əmələ gəlir. Deyilənlər nəzərə alınaraq dağ çaylarının, sel-sularının zərərli təsirinin qarşısını almaq və ərazidə yerləşən təsərrüfatların və əhalinin təhlükəsizliyini təmin etmək üçün mühafizə tədbirlərinin həyata keçirməsi də rayonun suvarma idarəsi ilə yanaşı həm də Melioservis İdarəsinin vəzifələrinə aiddir.

Əhalinin şəxsi təsərrüfatlarını, əkinaltı torpaqları sel və daşqın sularından qorumaq üçün daşqın təhlükəsi olan ərazilərin müəyyən edilərək qabaqlayıcı tədbirlər görülməsi mühüm əhəmiyyətə malikdir. Lakin qeyd etməliyik ki, aldığımız məlumatlarda Göycay Melioservis İdarəsinin rəisi ƏLIHÜSEYN MAYILOVUN səhlənkarlığı və öz işində yol verdiyi bir çox qanun pozuntuları səbəbindən bütün bu işlərin icrasında kifayət qədər ciddi nöqsanların müşahidə olunduğu bildirilir. İlk növbədə məlumatlarda qeyd olunur ki, idarədə maddi-texniki bazanın möhkəmləndirilməsi, işin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə Meliorasiya və Su Təsərrüfatı ASC-yə ayrılan dövlət vəsaitlərinin mənimsənilməsi hallarına geniş yer verilir. İdarənin balansında olan texnika, avadanlıq və mexanizmlərin köhnəlməsi adı ilə onların balansdan çıxarılaraq satılması nəticəsində külli-miqdarda pul əldə olunur. Güc transformatorlarının, elektrik mühərriklərinin, nasos aqreqatlarının əsaslı təmiri adı altında yüksək məbləğlər hesabdan çıxarılaraq xərclənsə də, əslində bu avadanlıqlara texnik xidmət də çox aşağı səviyyədədir.

Texnikanın nasaz vəziyyətdə saxlanması səbəbindən daşqın və selə qarşı mübarizə məqsədilə çay məcralarının təmizlənməsi və daş bəndlərin qurulması işlərində onların köməyinə də bel bağlamaq olmur.Idarədə mövcud olan texnıkı avadanlıqlar,traktorlar və s.kımlərəsə ıcarəyə verılıb . Həmçinin məlumatlarda qeyd olunur ki, Melioservis idarəsinin qeyri-qənaətbəxş işi əraziyə xidmət göstərən suvarma idarəsinin və digər struktur bölmələrinin də fəaliyyətinə mənfi təsir göstərir. Bununla belə mənbələr iddia edirlər ki, ƏLIHÜSEYN MAYILOVUN yuxarı dairələrdə nüfuzlu himayədarlarının olması, Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbərliyi tərəfindən bu idarə rəisinə qarşı hər hansı tədbir görülməsi imkanlarını da xeyli məhdudlaşdırır. Yaranmış vəziyyət isə ilk növbədə Göycayda kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fermerlərin və fərdi təsərrüfat sahiblərinin maraqları ilə ziddiyyət təşkil edir. Onların fikrincə, əgər vəziyyətə müvafiq dövlət qurumları tərəfindən təcili müdaxilə olunmazsa, yaxın vaxtlarda rayonun iqtisadi göstəricilərində nəzərəçarpacaq geriləmələr müşahidə oluna bilər.

P.S ƏLIHÜSEYN MAYILOVU Meliorasiya və Su Təsərrüfatı ASC-nın sədrı ƏHMƏD ƏHMƏDZADƏYƏ hansı tellər baglayır?
Ramız Cəfərov kımdır kı, o, sədrdən cox ondan qorxur...
NÖVBƏTI SAYIMIZDA BU VƏ DIGƏR ŞOK FAKTLARLA TANIŞ OLA BILƏRSINIZ. Bızı ızləyın!


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

19-02-2018

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ