yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Kərəm Həsənovun işçisinin rüşvət terroru - Neftçalalılar dilə gəldilər

Kərəm Həsənovun işçisinin rüşvət terroru - Neftçalalılar dilə gəldilər
23-05-2017, 19:57 56 965 dəfə baxılıb
yüklənir...

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsində açılan rüşvət bazarı Neftçalada narazıdıq doğurub

Vətəndaşlar bildirir ki, idarənin rəisi Seymur Əliyev hər kəsdən çəkinmədən rüşvət tələb edir.

Bir qrup Qarabağ əlili Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsinin rəisi Seymur Əliyevin fəaliyyətindən ölkə rəhbərliyinə və Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənova şikayət ünvanlayıblar. Həmçinin Politico.az-a da ünvanlanan şikayət məktubunda Qarabağ əlilləri Seymur Əliyevin rüşvətxorluğundan, əhalini yerli-yersiz incitməsindən və idarəyə müraciət edən vətəndaşlardan açıq şəkildə rüşvət tələb edilməsindən bəhs edilir.

Şikayətçilər bildirirlər ki, Seymur Əliyev tərəfindən vətəndaşlara, o cümlədən Qarabağ əlillərinə və müharibə veteranlarına göstərdiyi hörmətsizlik və özbaşınalıq artıq bütün mümkün həddləri aşıb keçir. Belə ki, ev tikmək üçün kəndlərdə torpaq sahələri alan insanlar açıq şəkildə Seymur Əliyevin rüşvət terroru ilə üz-üzə qalırlar. Sənədlərin qaydasında olub-olmamasından asılı olmayaraq, Seymur Əliyev hər kəsdən rüşvət tələb edir və bu zaman çəkinmədən deyir ki, o, tələb olunan rüşvətin böyük hissəsini məhz “yuxarıya”, yəni Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisinə çatdırır.

Şikayətçilər qeyd edirlər ki, əvvəlcə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsinin işçiləri tərəfindən bütün sənədlərin surəti alınır və Seymur Əliyevə təqdim olunur. Bundan sonra isə vətəndaşı Seymur Əliyev özü qəbul edir və çəkinmədən vətəndaşdan rüşvət təldəb edir. Vətəndaşın tələb olunan rüşvəti vermək imkanı olmadığında isə, iş süründürməçiliyə salınır və bir müddətdən sonra ümumiyyətlə vətəndaşa reueustr sənədi verməkdən imtina olunur. Bundan başqa Seymur Əliyevin vətəndaşlaora qarşı çox kobud və hörmətsiz davrandığı da bildirilir. Seymur Əliyevin qəbulundan çıxan vətəndaşların böyük hissəsi adətən özünü təhqir olunmuş kimi hiss edir.

Şikayətçilər qeyd edirlər ki, Seymur Əliyevin bu davranışları, xüsusən də vətəndaşa açıq şəkildə hörmətsizlik nümayiş etdirməsi və çəkinmədən hər kəsdən rüşvət tələb etməsi barədə dəflərdə yəni Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəhbərliyinə və şəxsən Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənova dəflərlə şikayət olunsa da, heç kim Seymur Əliyevə “gözün üstə qaşın var”, demir. Seymur Əliyev isə hamıya açıq şəkildə deyir ki, o “yuxarının” pulunu vaxtlı vaxtında çatdırır və bu pulları da “yuxarının” göstərişi ilə yığır. Ona görə də heç kim özünü yorub şikayət filan etməsin. Çünki o, “öz işini görür”.

Maraqlıdır ki, bu yazıdan sonra Əmlak Məsələləri Dövlət Komitəsi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti necə reaksiya verəcək. Biz Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin məsələ ilə mövqeyini öyrənməyə cəhd eləsək də, cəhdimiz uğursuz alındı. Buna baxmayaraq şikayətlə bağlı adı keçən qurumların və Seymur Əliyevin mövqeyini dərc eləməyə hazırıq.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: Neftchalalilar, Kerem, ishchisinin, dile, , terroru, rushvet, geldiler, Hesenovun
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

22-09-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ