yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Arzu Rəhimov Qubaya göndərdiyi mütəllibovçu kadrı ilə fəxr edir

Arzu Rəhimov Qubaya göndərdiyi mütəllibovçu kadrı ilə fəxr edir
22-05-2017, 09:27 64 270 dəfə baxılıb

Quba şəhər hərbi komissarı Seymur Qurbanov bu vəzifəyə yeni təyinat alıb. Daha doğrusu, bir ilə yaxındır ki, Qubada işini davam etdirir. Buna qədər Hacıqabul və Ağdamda rəis postunda çalışıb.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin rəisi Aruz Rəhimov bu kadrı ilə fəxr edir. Çünki hansı regiona təyinat alsa, onun işini yaradır.
Bildirilir ki, Ağdamda “neqdoniy” bilet biznesində A.Rəhimova faydası dəymiş S.Qurbanov Qubada da bu işin öhdəsindən gələ bilir.
Bir müddət əvvəl Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Ağdam Rayon Şöbəsinin rəisi Seymur Qurbanov zorla Rusiya vətəndaşını hərbi xidmətə apardığı xəbəri yayılmışdı.
Bu barədə azmedia.info saytına ən kobud şəkildə hüquqları pozulan Nizami Bayramovun atası Ziyəddin Bayramov məlumat verib.
Seymur Qurbanov Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimova yaxın adam hesab olunur.
Onun haqqında bu günə qədər çoxlu sayda şikayətlərin olması və xüsusən də saxta hərbi biletlərin satılması ilə bağlı şikayətlərin olması barədə məlumatlar var.
Buna baxmayaraq Arzu Rəhimov öz sevimli kadrını həmişə müdafiə edir.
Mediada yayılmış xəbərlərə istinadən xəbər veririk ki, Seymur Qurbanovun ailəsi, eləcə də onun yaxınları Ayaz Mütəllibovun ən qatı tərəfdarlarından olublar və deyilənlərə görə, bu gün də belədir.
SHXÇDX-nin Ağdam rayon şöbəsinin rəisinin babası, odlu-alovlu Mütəllibov tərəfdarı kimi tanınan İbrahim Qurbanov hətta ümummilli lider, ulu öndər, mərhum prezident Heydər Əliyevə qarşı çıxan əsas fiqurlardan biri kimi tanınır.
Seymur Qurbanovun babası İbrahim Qurbanov Hacıqabul rayonunun katibi vəzifəsində çalışıb və geniş maliyyə imkanlarına sahib olub. O, həmçinin Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibovun yaxın dostlarından hesab olunur.
Seymur Qurbanovun atası Pənah Qurbanov isə Şirvan Vergilər Departamentində məsul vəzifədə çalışıb. İbrahim Qurbanov hətta ümummilli lider Heydər Əliyevə qarşı çıxan əsas fiqurlardan biri kimi tanınır.
Məhz elə bu səbəbdən də Seymur Qurbanovun bu gün Səfərbərlik Xidmətinin Ağdam rayon şöbəsinə rəhbərlik etməsi heç cür başadüşülən deyil.

Bütün bu iddialarla bağlı qarşı tərəfin mövqeyini çap etməyə hazırıq.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: ile, fexr, Rehimov, Qubaya, mutellibovchu, edir, gonderdiyi, Arzu, kadri
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

15-12-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ