SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Ağstafa Yol Polisində nələr baş verir?

Ağstafa Yol Polisində nələr baş verir?

Tarix:

17-05-2017, 10:39

/ 65 270 dəfə oxundu.
Ağstafa Yol Polisində nələr baş verir?

Nə az, nə çox, düz 3 ildən artıq vaxtdır ki, Ağstafa rayon dövlət yol polis idarəsuinin rəisi Ramin Bağıroav necə deyərlər, rayon camaatına zülm edir. Özünü gah naxçıvanlı, gah gəncəli, gah da ki, ermənistanlı hesab edən polis kapitanı rayona yol polis rəisi təyin ediləndən “qaz vurub, qazan doldurur”.
Prezident İlham Əliyev korrupsiya və rüşvətxorluğa mübarizə apardığı bir dönəmdə Ramin Bağırov prezidentin sərəncam və göstərişlərinə əməl etmir, “Ağstafa rayon polis rəisinə pul yığıram, mənə iş tapşırıb” kəlmələri altında sürücüləri qanuni və qanunsuz formada “soyur”.
Ramin Bağırov aldığımız məlumata görə, elə də cəsarətli polis işçisi hesab edilmir. Teref.info ya yazırlar ki,əvvəllər baş dövlət yol polisinin hansısa alayında işləyəndə də işində ciddi nöqsanalara yol vermiş, vətəndaşlarla olduqca kobud rəftyar etmişdir. Onun Ağsatafa kimi bir ayıq-sayıq rayonda “at oynatması” da təsadüfi deyil. Bu polis kapitanı yaxşıca pul yığmaqla məşğuldur. Çox vaxtı adına yaraşmayan hərəkətlər edərək, sürücüləri “içgili” adı ilə ləkləyir, qorxudur və çoxlu vəsait alır. Ona görə də, bu gün kapitan Bağırov az bir müddətdə xeyli daşınmaz əmlak sahibi olub.
Polis kapiatanı Bağırov çox vaxtı özünü “reket” də hesab edərək, tranzit nömrəli “NİVA” markalı miniik maşınında gəzir, sürücüləri haqlı-haqsız olaraq saxlayır, üzərinə çoxlu miqdarda yük qoyur. Artıq rayonda Ramin Bağırovun əlindən şəhərə çıxmaq da müşgülə çevrilib. Belə cəsarətli yol polisi haqqında daxili işlər nazirliyinə və aidiyyəti orqanlara rəsmi müraciət edilməsinə baxmayaraq, hələ ki ölçü götürən yoxdur. Deyilənə görə Ramin Bağırov təsadüfi kadrlardandır. O yatanda da yuxusunda “alış-verişlə” məşğul olur.
O da bildirilir ki, yaxşıca pul qoparmaq üçün sürücüləri “içgili” vəziyyətdə tutulsa da, polis kapiatanı Dövlətin qoyduğu cərimədən yayınaraq, sürücüləri müxtəlif adda yüngül cərimələrlə cəzalandırır, yüksək məbləğli cərimələrdən alınan vəsaiti isə dövlətdən gizlədir. Bu vəziyyət əlaqədar adamlara xeyir gətirdiyindən onlar da dinməməyi üstün tuturlar. Buradan aydın olur ki, Ramin Bağırov Ağstafa rayon əhalisini polisə yaraşmayan hərəkətləri ilə ölkə başçısından qəsdən narazı salır. Bu da dövlət siyasətinin əleyhinə çıxış kimi dəyərləndirilir.
Araşdırmalırımnız davam edir.
Qarşı tərəfin fikrini də dinləməyə hazırıq
İlham Hacalı
Teref.info

Şərhlər

XƏBƏR LENTİ