XalqXəbər.Az

XalqXeber.Az » Cəmiyyət » Nazir onları rəis təyin etdi - YENİ TƏYİNATLAR

Nazir onları rəis təyin etdi - YENİ TƏYİNATLAR

Nazir onları rəis təyin etdi - YENİ TƏYİNATLAR
21-04-2021, 14:03

Daxili işlər orqanlarında növbəti kadr islahatı aparılıb.
Bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, polis polkovnik-leytenantı Babək Həsənov Balakən Rayon Polis Şöbəsinin (RPŞ) İstintaq bölməsinin rəisi təyin edilib.
Nazirin digər əmri ilə polis kapitanı Məhəmməd Bağırov Balakən RRŞ-nin İctimai təhlükəsizlik bölməsinin rəisi təyin olunub. 
M.Bağırov bundan əvvəl Zaqatala Rayon Polis Şöbəsində çalışıb.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.