yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Gədəbəydə büdcə təşkilatlarından pul yığılır

Gədəbəydə büdcə təşkilatlarından pul yığılır
9-05-2017, 09:59 58 301 dəfə baxılıb

Xalqımız yaxın 2 gündə ümummilli lider Heydər Əliyevin anadan olmasının 94 -cü ilini və faşizm üzərində qələbənin 72 illiyini qeyd edəcək. Bu münasibətlə ölkənin bütün rayonlarında tədbirlər keçirilir
Daxil olan məlumata görə Gədəbəydə vətəndaşlar bayramlara sevinə bilmir. Çünki başqa rayonlarda bayramqabağı aztəminatlı ailələrə yardım göstərilirsə, Gədəbəydə əksinədir, pul yığılır.
Rayonun icra başçısı Ramiz Yediyarovun göstərişi ilə büdcə təşkilatlarında çalışan hər bir işçidən Heydər Əliyev mərkəzinin tikintisinə kömək adı ilə 100 manatdan pul yığılır.
Daxil olan müraciətdə deyilir: -Təsəvvür edin ki, 180 manat maaş alan xəstəxananın sanitar işçiləri, kənd icra nümayəndəliklərinin xadimələrinə belə güzəşt edilmir. Onsuz da 5 ildir ki, Ramiz Yediyarov rayon camaatına zülm edərək görünməmiş rüşvət üsullarından istifadə edir. Hamıya məlumdur ki, Ramiz Yediyarov vergilər naziri Fazil Məmmədova arxalanır.
Ona görə də sözümüz Fazil Məmmədovadır. Hörmətli Fazil müəllim, bilirik ki, Yediyarov sizin kadrınızdı, Gədəbəy rayonunu qeyri-rəsmi olaraq siz kurasiya edirsiniz və burada tikinti-abadlıq işlərini aparmaq da, sizə həvalə olunub. Bəs siz niyə şərait yaradırsınız ki, sizi bu ali mövqeyə çatdırmış şəxsin adından kimsə çirkin məqsədlər üçün istifadə etsin? Onsuz də bu rayonda elə böyük bir tikinti quruculuq işi görülməyib. Görülənlər də, sahibkarların və idarə-müəssisələrin hesabına görülüb. Heç olmazsa H.Əliyev mərkəzini qalmaqalsız, öz vəsaitiniz hesabına tikə bilməzdinizmi? Doğrudanmı o qədər imkansızsınız ki, xadimələrin, tibb bacılarının cüzi əmək haqqına möhtacsınız? Əgər rayonun abadlığı elə rayonun öz kasıb əhalisinin hesabına aparılacaqdırsa, öncə sizin kurasiyanız, rayona təmtəraqlı səfərləriniz nəyə gərəkdir?

Ulus.Az


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: yigilir, pul, budce, Gedebeyde, teshkilatlarindan
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

23-11-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ