Gədəbəy şefi müəllimlərdən 100 manatdan yığdırır: I vitse-prezidentə dosye
Gədəbəy rayonunda əhalinin icra başçısından narazılığı günü gündən artmaqdadır. Xüsusən büdcə təşkilatlarında çalışanların narazılığ ən yüksək həddə çatıb.
Bu barədə müraciət edən bir qrup orta məktəb müəllimi ölkə prezidentinin, birinci vitse-prezidentin və təhsil nazirinin rayonda yaranmış acınacaqlı vəziyyətə təcili müdaxilə etmələrini xahiş edirlər.
Müraciət müəllifləri bildirir ki, rayonda Heydər Əliyev mərkəzinin tikintisini bəhanə edərək icra başçısı Ramiz Yediyarov müəllimlərin əmək haqqından adam başına 100 manatdan pul yığdırır.
Ümummilli liderin adından öz maddi mənafeyi üçün istifadə edən bu şəxsin bu rəzalətin törədilməsi üçün seçdiyi məkan da cənab H.Əliyevlə bağlıdır.
Pulların yığılması üçün qərargah YAP rayon təşkilatının binası, qara kassa isə təşkilatın sədri Rüstəm Nağıyev olduğu iddia edilir.
Müəllimlər yazırlar: “Sizə müraciət edərək bildiririk ki, cənab H.Əliyevin ruhuna böyük ehtiramımız var. Amma maddi imkanımız çox aşağıdır. 100 manat bir çoxumuzun əmək haqqının 50- 60 faizidir. Xahiş edirik bu biabırçılığın qarşısını alasınız”.
Ümumiyyətlə, Gədəbəy Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Ramiz Yediyarov yerli əhali üçün başağrısına çevrilib.
Onun rayona rəhbərliyi dövründə yerli məmurların özbaşına əməlləri vətəndaşların güzəranının pisləşməsinə, o cümlədən sosial problemlərin bir-birini əvəz etməsinə gətirib çıxarıb. Xüsusən 2012-ci ildən etibarən rayonda məmur özbaşınalığı daha da dözülməz həddə çatıb.
Rayonun əksər kəndlərində insanlar çox ağır şəraitdə yaşayırlar. İcra başçısı vəzifəyə keçən gündən bir dənə də olsun müsbət iş görməyib.
Gədəbəydə məmur özbaşınalığı ərşə dirənib. Gədəbəy Azərbaycanda qəhrəman rayon kimi tanınır.
Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
ulus.az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...